Arxiv
25 İyun 2019, 18:09 | AKTUAL
“Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək” 

22-23 iyun tarixlərində ADU-da “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” Beynəlxalq Konfransı keçirilib. Konfransda iştirak edən alimlərin təəssüratlarını təqdim edirik.


Pekinq Universitetinin Tarix fakültəsinin dekan müavini Zan Tao: 

 

“Mən təşkilat komitəsinin üzvüyəm. Bakını seçməmişdən əvvəl bir neçə variantlarımız var idi. İstanbul, Ankara, Səmərqənd kimi şəhərlərdən hansının ola biləcəyi üzərində suallarımız çox oldu. Bakını seçməyin bir çox səbəbləri oldu. Bakının seçilməsi bizi çox həyəcanlandırır. Bakı Avrasiyanın mərkəzidir. Həmçinin, müasir şəhərdir.

Bu layihə Pekinq və İndiana universitetlərinin əməkdaşlığı nəticəsində reallaşdı. Konfransın birinci hissəsi Pekinq Universitetində, ikinci hissəsi isə İndiana Universitetində keçirildi. Bu layihə İndiana Universitetinin Mərkəzi Avrasiya Araşdırmalar Departamenti və Pekinq Universitetinin Tarix Departamentinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Konfransın əsas mövzusu Avrasiya və Çin arasında yerləşən İpək yoluna həsr olunub. Biz layihəni Pekin və Bloominqtonun sərhədlərindən kənara çıxmasını istəyirdik. Bu layihələrin keçirilməsi nəticəsində bizə qoşulacaq yeni-yeni tərəfdaşlar, həmçinin iştirakçılar tapırıq, İpək yolu ətrafındakı müxtəlif mədəniyyətləri təcrübədən keçirmək fürsətləri ilə tanış oluruq. Seçimimiz ilk olaraq Bakı oldu. Layihəni Tanq Araşdırma Fondunun dəstəyi ilə davam etdirəcəyik, fərqli və faydalı seminarlar keçirəcəyik.

İlk dəfədir Bakıdayam. Azərbaycan, Bakı haqqında məlumatım var. Bakı neft sənayesində və digər sahələrdə mühüm rol oynayır. Gəlməmişdən öncə Bakı haqqında təsəvvürlərim fərqli idi. Bakıda çoxlu sayda fabriklərin olduğunu düşünürdüm. Lakin bura çatanda gördüm ki, Bakı çox gözəl, səliqəli, müasir şəhərdir. Bakının İçərişəhər tərəfində də olduq. Bununla da gördük ki, Bakı qədimliyi və müasirliyi özündə cəmləşdirib. Bakı qədim ənənəni qorumaqla qədimliyin müasirliyə necə çevrilə biləcəyini bizə göstərən şəhərdir”.

 

İndiana Universitetinin Mərkəzi Avrasiya Araşdırmalar Departamentinin rəhbəri Cəmşid Çoksi: 

 

“Bakını seçməyimizin səbəbi ondan ibarətdir ki, bu şəhər İpək yolu üzərində yerləşən və Çin, Avropa ilə əlaqələri olan çox əhəmiyyətli mərkəzi şəhərdir. Səbəblərdən biri də Azərbaycan Dillər Universitetidir. Çünki buranın böyük imkanları var, müxtəlif dillər tədris olunur. Rektor akademik Kamal Abdulla və Beynəlxalq əlaqələr üzrə prorektor dosent Jalə Qəribova ilə danışıq əsasında bizi qonaq etmək niyyətində olduqlarını eşitdikdə çox sevindik. Post-sovet məkanında yüksək sürətlə iqtisadi cəhətdən inkişaf etmiş Bakı bu konfransın keçirilməsi üçün simvolik və ideal məkan oldu. Bakıda bu cür universitetin olması, bütün intellektual imkanların mövcudluğu bizə konfransı burada keçirməyə sövq etdi.

Konfransda İpək yolu boyunca Çin və Qərb arasında indiki və keçmiş əlaqələrin müxtəlif kontekstlərdə davam etdirilməsi, dillərin, mədəniyyətlərin, dinlərin, geyimlərin, qidanın mübadilə prosesi araşdırılaraq öyrənilir.

Ümid edirik ki, İndiana Universiteti, həmçinin Pekinq Universiteti ilə Azərbaycan Dillər Universitetinin əməkdaşlığı gələcəkdə də davam edəcək. Bu əməkdaşlıqdan qazandıqlarımız çox faydalı olacaqdır.

Bakıya ilk səfərimdir. Bakı mənə Mərkəzi Asiya və Avropanın vəhdətini xatırladır. Bakı müasir, post-modern memarlığa malik, eyni zamanda avropasayağı bulvarı, binaları olan kosmopolitan şəhərdir”. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qənirə Paşayeva: “Bu düşmənə də, dosta da bir mesajdır” 14 Oktyabr 2019, 10:01 Cıdır düzü payızda – SON FOTOLAR 14 Oktyabr 2019, 10:00 Suriya kürdləri Türkiyəyə qarşı Bəşər Əsədlə BİRLƏŞDİ 14 Oktyabr 2019, 09:52 Gədəbəy atəşə tutuldu 14 Oktyabr 2019, 09:51 İran-Azərbaycan sərhədində İNSİDENT: sərhədçimiz bıçaqlandı - FOTO 14 Oktyabr 2019, 09:44 Göyərçin cildli kərkəs - Türk qanı axıtmaqdan ləzzət alan Njdenin dəhşətli CİNAYƏTLƏRİ 14 Oktyabr 2019, 09:38 “Türkiyəni qınayanlar evlərində rahat yatırlar” 14 Oktyabr 2019, 09:32 Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır 14 Oktyabr 2019, 09:05 Şimali Kipr prezidenti rəsmi Ankaranı QƏZƏBLƏNDİRDİ 14 Oktyabr 2019, 08:57 Tənzilə Rüstəmxanlı: “Bizi biabır edən bu gənclər nə zaman yetişdi?” - MÜSAHİBƏ 14 Oktyabr 2019, 08:36 Dövlət Nəzarət Təhükəsizlik Departamenti... Adı vahimə yaradan, xüsusi geyim forması olan bu qurum nə işlər görür? - FOTOLAR 14 Oktyabr 2019, 08:13 Bu gün “Avro-2020”nin seçmə mərhələsində final kimi oyun: Fransa-Türkiyə - TƏQVİM 14 Oktyabr 2019, 08:11 “Avro-2020”nin seçmə mərhələsində daha 9 oyunun NƏTİCƏSİ 14 Oktyabr 2019, 08:01 Yeni robot fotoqraf işə başlayıb 14 Oktyabr 2019, 00:34 Niyam "Maşın"dan getdi: Laləni isə göz yaşları qorudu 14 Oktyabr 2019, 00:08 Bakıda jurnalist vəfat etdi 13 Oktyabr 2019, 23:57 Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ 13 Oktyabr 2019, 23:50 Makron təcili Təhlükəsizlik Şurasını topladı 13 Oktyabr 2019, 23:31 Suriya ordusu Türkiyəyə qarşı 13 Oktyabr 2019, 23:14 Vasim Məmmədəliyev vəfat edib 13 Oktyabr 2019, 22:56 "Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç  13 Oktyabr 2019, 22:38 Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi 13 Oktyabr 2019, 22:16 Millimiz hakim səhvinin qurbanı oldu - VİDEO 13 Oktyabr 2019, 21:57 Bakıda təkər emalı sexi yandı 13 Oktyabr 2019, 21:29 Azərbaycan idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı 13 Oktyabr 2019, 21:13 ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb 13 Oktyabr 2019, 20:47 Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal 13 Oktyabr 2019, 20:26 Türk Ordusu 59 məntəqəni terrorçulardan təmizləyib 13 Oktyabr 2019, 19:31 Tanınmış telejurnalistə ağır itki üz verib 13 Oktyabr 2019, 18:53 Müsavat Partiyasında yeni başqan məlum oldu - NƏTİCƏLƏR 13 Oktyabr 2019, 18:26 NASA-dan ürküdücü FOTOlar - "Dünya fəlakətə doğru gedir!" 13 Oktyabr 2019, 18:00 Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verdi 13 Oktyabr 2019, 17:52 Ocaq yandırdı, partlayışa səbəb oldu - Xəsarət alan var 13 Oktyabr 2019, 17:45 Bakıda 4 otaqlı ev yanıb 13 Oktyabr 2019, 17:36 Gəncədə ev yanıb, xəsarət alanlar var - FOTO   13 Oktyabr 2019, 17:22