Arxiv
25 İyun 2019, 20:04 | AKTUAL
Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi

Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları rayon ərazisində piyada keçidlərindən istifadə, qanunsuz parklanma, piyada səkilərində avtomobillərin qanunsuz saxlanılması və digər faktlara qarşı profilaktik-maarifləndirmə tədbiri keçirib.

Modern.az "Trend"ə istinadən xəbər verir ki, tədbirdə qaydalara əməl etməyən piyada və sürücülər saxlanılaraq maarifləndirilib.

Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati Təcrübə üzrə inspektoru, polis baş leytenantı Məsim Hüseynzadə bildirib ki, gün ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 150 piyada müəyyən olunmuş piyada keçidindən istifadə etmədiyi üçün saxlanılıb.

Onun sözlərinə görə, həmin piyadalar keçiddən istifadə qaydaları və keçiddən istifadənin vacibliyi barədə təlimatlandırılıb:

"Həmçinin tədbir çərçivəsində rayon ərazisində ödənilməmiş cəriməsi olan 18 avtomobil müəyyən edilərək saxlanılıb. Həmin sürücülərdən 15 nəfər dərhal cəriməni yerində ödədiyi üçün buraxılıb. Digər 3 sürücüyə xəbərdarlıq edilib.

Keçirilən tədbirlər çərçivəsində piyada səkisində piyadaların hərəkətinə mane olan 3 avtomobil müəyyən edilərək sürücülərə xəbərdarlıq edilib və səkidən kənarlaşdırılıb.

Ümumilikdə məqsədimiz sürücü və piyadaları cərimələmək deyil, onları maarifləndirmək, qaydalara əməl etməyə çağırmaqdı. İstəyirik ki vətəndaşlarımız müəyyən olunmuş qaydalara əməl etsin, qayda pozuntularının sayı azalsın. Bu cür tədburlərin keçirilməsi vacibdir. Tədbirlər nəticəsində vətəndaşların bəziləri polis əməkdaşlarına irad bildirsələr də, əksəriyyət bu cür maarifləndirmə tədbirlərinin vacibliyini bildirib".

Qeyd edək ki, bu cür tədbirlər mütəmadi keçiriləcək, piyada və sürücülər maarifləndiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı 21 İyul 2019, 15:24 Mingəçevirdə avtomobil aşıb, sürücü ağır xəsarət aldı - FOTO 21 İyul 2019, 14:37 Azərbaycan gimnastı Dünya Çempionatında 2 medal qazandı   21 İyul 2019, 14:25 Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır 21 İyul 2019, 14:17 UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə etdi 21 İyul 2019, 14:05 Bakı-Sumqayıt yolunda "Shacman" aşıb 21 İyul 2019, 13:53 Azərbaycan təmsilçiləri Avroliqaya təyinat alıblar   21 İyul 2019, 13:42 Üç güləşçimiz EYOF-un finalında   21 İyul 2019, 13:31 Şəmkirdə dəhşətli qəza - Sürücünün qolu amputasiya edildi  21 İyul 2019, 13:20 “Qarabağ”ın ÇL-də növbəti oyun üçün - HEYƏTİ 21 İyul 2019, 13:09 Bərdə bazarında 12 mağaza yanıb - Sahibkarlara yarım milyon ziyan dəyib  21 İyul 2019, 12:55 Sabah 41 dərəcə isti olacaq- Nazirlik məlumat yaydı 21 İyul 2019, 12:45 İranda güclü zəlzələ olub 21 İyul 2019, 12:32 “Qəbələ” – “Dinamo” oyununun hakimləri bəlli oldu 21 İyul 2019, 12:23 Ukraynalılar Bakıda səs verir 21 İyul 2019, 12:14 Azərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad Rəhimov 21 İyul 2019, 12:05 Qayınananın SON ARZUSU 21 İyul 2019, 11:54 Bu şirkət 500 min avtomobilini geri çağırır - Yanğın təhlükəsinə görə 21 İyul 2019, 11:44 Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi - Narkotikə görə 21 İyul 2019, 11:34 Elza Seyidcahan deputat olmaq istəyir 21 İyul 2019, 11:23 Erməni əsgərin postda meyiti tapılıb   21 İyul 2019, 11:10 Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTO 21 İyul 2019, 10:59 Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO 21 İyul 2019, 10:48 Tələbə köçürülməsi üçün qeydiyyat başa çatdı 21 İyul 2019, 10:37 Merkelin gəlirləri açıqlandı 21 İyul 2019, 10:26 Yolu keçən piyadanı avtomobil vurub öldürdü 21 İyul 2019, 10:10 Ermənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDU 21 İyul 2019, 09:55 Bərdədə bir-birinə bitişik mağazalar yanıb 21 İyul 2019, 09:43 İnsanı ağıllı edən 3 sadə hobbi 21 İyul 2019, 09:34 Nazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdi   21 İyul 2019, 09:25 Teymur Rəcəbov beynəlxalq turnirdə növbəti dəfə heç-heçə edib 21 İyul 2019, 09:13 XV Avropa Gənclər Olimpiya Festivalının ilk yarış günü - CƏDVƏL 21 İyul 2019, 09:00 Nəzarətsiz ərazidə çimən 9 nəfər xilas olundu 21 İyul 2019, 08:45 Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir   21 İyul 2019, 08:31 Türkiyə polisi 217 cinayətkarı saxladı 21 İyul 2019, 00:36