Modern.az

Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR

Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR

Aktual

25 İyun 2019, 20:18

Mingəçevirdə qətl hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, şəhərin "Energetik" yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində bir qrup naməlum şəxs arasında düşən dava ölümlə nəticələnib.

Bir nəfər odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qətlə yetirilən şəxsin kimliyi araşdırılır. Mübahisədə bir nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma başladılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir