Modern.az

Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO

Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO

Aktual

25 İyun 2019, 21:31

Milli Məclisin deputatı Tahir Mirkişili ilə Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosu arasında memorandum imzalanıb.

Modern.az xəbər verir ki, məqsəd Sumqayıt şəhərində vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin etməkdir. 

Memorandum Milli Məclisin deputatı Tahir Mirkişili ilə Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı arasında  imzalanıb. 
Memorandumda 42 saylı Sumqayıt ikinci seçki dairəsinin ərazisində yaşayan aztəminatlı vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, əməkdaşlıq ölkədə aparılan məhkəmə-hüquq islahatlarına dəstək çərçivəsində həyata keçiriləcək

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi