Arxiv
25 İyun 2019, 22:37 | AKTUAL
“Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq

Bu gün Nəsimi rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə AR CM-nin 152.1-ci maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə) təqsirləndirilən şəxs Nəriman Əhmədovun (Ambasador oteli idarə edən Asif Əhmədovun oğlu) cinayət işi ilə bağlı hazırlıq iclası keçirilib.

 

Modern.az “Yeni Sabah”a istinadən xəbər verir ki, zərərçəkmiş azyaşlının qanini nümayəndəsi təqsirləndirilən şəxsin məhkəmədəki vəsatətlərinə dair münasibət bildirib. O qeyd edib ki, Nəriman Əhmədov təqsirləndirildiyi əməlinin böyük ictimai təhlükəli olmaması, ciddi qanun pozuntusu sayılmaması (və s. digər  hallarla əlaqələndirilməklə) ilə əlaqədar barəsində seçilmiş həbs qəti imkan tədbirinin ləğv edilməsinə dair vəsatət verib.

 

Nəriman Əhmədovun bu vəsatəti, habelə məhkəmə prosesi gedişində azadlıqda sərbəst gəzməsi üçün onun barəsində ev dustaqlığının verilməsi ilə bağlı istəyi məhkəmə tərəfindən rədd olunub.

 

Zərərçəkən azyaşlının qanuni nümayəndəsi  növbəti məhkəmə baxışı zamanı ekspertiza ilə bağlı saxtakarlıqlara dair vəsatət verəcəyini də qeyd edib. O bildirib ki, Azərbaycanda keçirilən (alternativ ekspertiza qutumu olmayan) ekspertiza övladının bakirə olması barədə rəy verdiyi halda xarici dövlətin müvafiq qurumu bakirəliyin pozulması barədə rəy verib.

 

O bundan başqa ölkəmizdəki bir çox tibb müəssisələrində peşəkar həkim müayinələrində olarkən də xarici ölkənin rəyi ilə eyni (bakirəliyin pozulması ilə bağlı) fikirin ona deyildiyini xüsusi vurğulayıb.

 

Lakin o təəssüf etdiyini bildirib ki, Azərbaycanda heç bir özəl quruma bu kimi məsələlərə dair rəy vermək səlahiyyəti verilməyib, bu səlahiyyətlər eyni qurumun ixtiyarına buraxılıb. O, hesab edir ki, həmin qurumun rəyi saxtadır və bu saxtakarlıqda təqsirli olan bütün şəxslər mütləq cəzalanmalıdırlar.

 

Zərərçəkmiş azyaşlının hüquqlarını müdafiə edən vəkil Elnur Nəcəfov qeyd edib ki, hazırlıq iclasında məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı vəsatəti təmin edilib, məhkəmə baxışı 05.07.2019-cu il tarixə təyin olunub. Elnur Nəcəfov bu kimi cinayətlərin bütün hallarda az təhlükəli əməl hesab edilməsini, bu kimi əməlləri törətmiş şəxslərin istintaq zamanı azadlıqda qalmaq istəklərini isə əsassız hesab edib.

 

Nəriman Əhmədov tərəfindən cinayətlərin izlərinin itirilməsinə yönələn çoxsaylı cəhdlərin olması ilə bağlı zərərçəkmişin qanuni nümayəndəsinin fikirləri ilə bağlı vəkil bildirib ki, Nəriman Əhmədov tərəfindən bu kimi halların edilməsini ehtiva edə bilən araşdırılıb və həmçinin araşdırılacaq çoxsaylı fakrlar var. Yekunda işin digər halları ilə yanaşı onlara da məhkəmə tərəfindən hüquqi qiymət veriləcək.

 

Ekspertiza ilə bağlı müvəkkilinin fikirlərini isə konfidensiallıq nöqteyi-nəzərindən şərh etmədən bildirib ki, növbəti məhkəmə prosesində həmin ekspertizalarla bağlı müvafiq vəsatətini məhkəməyə təqdim edəcək.

 

Xatırladaq ki, sözügedən hadisə ötən ilin noyabrında baş verib. “Ambassador” otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğlu işlədiyi  otelin otağında ilk dəfə 09 noyabr 2018-ci il tarixində yetkinlik yaşına çatmayan azyaşlı qızı zorlayıb. İddiaya görə, həmin şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb. Hadisə ilə bağlı zərərçəkmiş şəxsin atası Bakı Şəhər Prokurorluğuna müraciət etdikdən sonra Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə cinayət işi açılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Neftçi”ni çətin oyun gözləyir 18 İyul 2019, 00:44 Sumqayıtda usta  içkidən zəhərləndi 18 İyul 2019, 00:27 Bakıda iki qız itkin düşdü 18 İyul 2019, 00:13 “Növbəti mərhələyə maksimum hazır olmağa çalışacağıq” - Qurban Qurbanov 17 İyul 2019, 23:56 Ərdoğan türk diplomatlarına hücumu pislədi 17 İyul 2019, 23:36 “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib 17 İyul 2019, 23:22 Azərbaycanda  31432 narkoman qeydiyyata alınıb 17 İyul 2019, 23:11 “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində 17 İyul 2019, 22:54 Türkiyə 7 terrorçunu zərərsizləşdirib 17 İyul 2019, 22:37 Bakıda pul borcu üstündə bıçaqlanma 17 İyul 2019, 22:24 Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı 17 İyul 2019, 21:45 İranda tayfa davası: 1 ölü, 13 yaralı 17 İyul 2019, 21:29 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12