Modern.az

“Qarabağ” yenə qələbə qazana bilmədi

“Qarabağ” yenə qələbə qazana bilmədi

Aktual

25 İyun 2019, 23:43

Ağdamın “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib.

Modern.az APA-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi Avstriyada təlim-məşq toplanışında ikinci yoxlama görüşündə qüvvəsini sınayıb.  

Azərbaycan çempionu Rumıniyanın "Universitatya” (Krayova) klubu ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib.  

Qeyd edək ki, Avstriyadakı ilk yoxlama matçında "Lüdoqorets"ə (Bolqarıstan) 0:2 hesabı ilə məğlub olan "Qarabağ" iyunun 28-də “Ufa” (Rusiya), iyulun 2-də “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir