Modern.az

Kürdə batan qadının meyiti tapıldı

Kürdə batan qadının meyiti tapıldı

26 İyun 2019, 00:26

Sabirabadda Kür çayında bir nəfər batıb.

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 1994-cü il təvəllüdlü Babayeva Fidan Məmmədağa qızının batması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu F.Babayevanın meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir