Modern.az

Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir

Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir

26 İyun 2019, 09:26

ABŞ Konqresi Milli Müdafiə Qanununa (NDAA) dəyişikliklər etmək istəyir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin dəyişikliklər Konqresin icazəsi olmadan İrana hərbi zərbələrin endirilməsini və müharibənin maliyyələşdirilməsini qadağan edir.

 

Konqresmenlər Ro Xanna və Mett Qetsin təklif etdiyi qanun Konqresin icazəsi olmadan hərbi əməliyyatları qadağan edir. Bundan əvvəl, Tramp İranla ehtimal müharibə halında Konqresin icazəsini almayacağını açıqlamışdı.

 

ABŞ qanunvericiiləri hesab edir ki, İranla müharibə ABŞ büdcəsi üçün trilyonlarla dollar ziyan vuracaq və regionda ciddi xaos yaradacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir