Modern.az

Türkiyədən Fransaya ilk reaksiya

Türkiyədən Fransaya ilk reaksiya

Dünya

24 Yanvar 2012, 09:41

Dünən Fransa Senatı qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı 1 il həbs və 45 min avro cərimə cəzalarını nəzərdə tutan qanunu qəbul edib. 127 senator layihənin lehinə səs verib, 86 nəfər isə əleyhinə olub.

“Trtazerbaycan.com”un məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Senatının qərarı ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Hər cəhətdən problemli və məsuliyyətizlik nümunəsi olan bu qərarı hiddətlə qınayır və bu qərara etirazımızı hər platformada dilə gətirəcəyimizi elan edirik. Bu, Fransa siyasəti adına son dərəcə talesiz bir addımdır. Tarixin və ədalət anlayışının başqa xalqların keçmişləri üzərindən siyasiləşdirilməsi, ifadə azadlığının bu qədər diqqətsizcəsinə zədələnməsi Fransa üçün bit itkidir”.

Nazirlik heç bir ölkə parlamentinin tarixi hadisələri şərh etmək haqqı və səlahiyyətinin olmadığını bəyan edib: “Qəbul edilən qərar bundan da irəli gedərək ifadə azadlığı və elmi araşdırma azadlığına zərbə vurur. Türkiyə ilə Fransa arasındakı tarixi və çoxtərəfli əlaqələrin daxili siyasi təqvimə qurban verilməsi ayrı bir talesizlikdir. Bunun məsuliyyətinin kimin üzərində olduğu aydındır”.

Açıqlamada qeyd olunur ki, Türkiyənin bu məsələyə reaksiyasının sözdə qalacağını düşünən dairələr yanılır: “Əvvəlcədən üzərində düşündüyümüz tədbirləri uyğun gördüyümüz şəkildə sürətlə həyata keçirməkdən çəkinməyəcəyik. Haqsız ittihamlar qarşısında legitim əsaslarla özümüzü müdafiə haqqımızdan güclü şəkildə istifadə edəcəyimiz də bilinməlidir. Hökumətimizin bu məsələdəki prinsipial mövqeyinə kimsənin şübhəsi olmamalıdır. Türkiyə fundamental insani dəyərləri və xalqın vicdanını heçə sayan bu haqsız addıma qarşı bütün lazımi addımları atmaqda qərarlıdır”.

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?