Modern.az

Mehriban Əliyeva: “Ordu bizim dövlətçiliyimizin dayağıdır

Mehriban Əliyeva: “Ordu bizim dövlətçiliyimizin dayağıdır”

Aktual

26 İyun 2019, 10:48

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Modern.az-ın məlumatına görə, Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində etdiyiu paylaşımda deyilir:


"Əziz həmvətənlər! Əziz hərbi qulluqçular və veteranlar!

Bu gün biz Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edirik. Bu, hərbi rəşadət, şərəf və igidlik bayramıdır. Bu gün biz həyatını riskə məruz qoyaraq Vətənimizi müdafiə edənlərin qəhrəmanlığına ehtiramımızı bildiririk.

 

Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramıdır. Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır. Dövlətin hərbi qüdrəti bir çox amillərlə şərtlənir. Lakin bizim ordumuzun əsas gücü Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhu və Vətənə hədsiz sevgisidir.

Əziz hərbçilərimiz! Biz sizin mərdliyiniz, şücaətiniz və ən yüksək peşəkarlığınızla fəxr edirik. Bu əlamətdar bayram münasibətilə sizi ürəkdən təbrik edirəm".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub