Modern.az

Silahlı Qüvvələr Günü Goranboyda - FOTOLAR

Silahlı Qüvvələr Günü Goranboyda - FOTOLAR

26 İyun 2019, 12:44

Bu gün Goranboy rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə 26 İyun Silahlı Qüvvələr günü münasibəti ilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə iştirak edən  Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tədbir iştirakçılarını salamlayıb və Silahlı Qüvvələrin “N” saylı  hərbi hissənin əsgər və zabitlərin timsalında hərbçiləri Silahlı Qüvvələr günü münasibətilə təbrik edib, respublikamızın ərazi bütövlüyü uğrunda göstərdikləri şərəfli xidmətdə uğurlar arzulayıb.

 

İcra başçısı Məhərrəm Quliyev bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qurulan Azərbaycan ordusu indi regionun ən güclü ordusu olmaqla yüksək peşəkar əsgər və zabit heyətinə malikdir. Silahlı Qüvvələrimizin son illər sürətlə inkişaf ediyini, bu gün ordu quruculuğunun dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olduğunu, aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü və qüdrətini düşmənə və bütün dünyaya nümayiş etdirdiyini bildirdi. Tədbirdə bir qrup fərqlənən hərbçilərə Fəxri fərman və qiymətli hədiyyələr verildi.

 

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra rayon Mədəniyyət işçilərinin  iştirakı ilə geniş konsert proqramı nümayiş etdirildi.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub