Arxiv
26 İyun 2019, 12:48 | AKTUAL
Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb  

Mətbuat Şurası Əməkdar jurnalist İsrafil Məmmədovla bağlı nekroloq imzalayıb.

 

Şuradan Modern.az-a verilən məlumata görə, nekroloqda deyilir:

 

"Azərbaycanın görkəmli alimi, “Sovet Ermənistanı” qəzetinin sonuncu baş redaktoru, tarix elmləri namizədi, tanınmış yazıçı, tarixçi, publisist, ictimai-siyasi xadim, Əməkdar jurnalist, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı İsrafil Məmmədov 2019-cu il iyunun 25-də 92 yaşında dünyasını dəyişib.

 

İsrafil Süleyman oğlu Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Meğrı rayonunun Əmrəkar kəndində anadan olub. Həmin kəndin məktəbini qızıl medalla bitirərək bir müddət orada müəllimlik edib. Sonra rayon qəzetində işləyib və paralel olaraq rayon radiosunun aparıcısı olub. Meğrı rayon komsomol komitəsinin birinci katibi vəzifəsində çalışıb.

 

Ali Partiya Məktəbini bitərdikdən sonra 1955-1990-cı illərdə "Sovet Ermənistanı" qəzetində işləyib, qəzetin sonuncu baş redaktoru olub.



İ.Məmmədov Ermənistanda müxtəlif yüksək vəzifələrdə xalqını ləyaqətlə təmsil edib, təhsil nazirinin müavini, Respublika "Bilik" Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, EA Tarix İnstitutunda "Ermənistanda Azərbaycan mətbuatı tarixi" üzrə baş məsləhətçi vəzifələrində çalışıb. 1964-cü ildən həm də İrəvan Pedaqoji İnstitutunda dərs deyib.

 

1972-ci ildə "Ermənistanda Azərbaycan mətbuatı" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb, 5 dissertasiyanın rəsmi opponenti, 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın elmi rəhbəri olub.

 

Azərbaycanlıların yaşam fəlsəfəsi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensiklopediyada 8, jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. Dövri mətbuatda xeyli sayda hekayələri dərc olunub, dünya ədəbiyyatından bir çox səhnə əsərlərini ana dilimizə tərcümə edib.

 

İ.Məmmədov 1988-ci ildə Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar 1990-cı il yanvarın 19-da ailəsi ilə birgə doğma yurdu tərk etmək məcburiyyətində qalıb, Bakı şəhərinə pənah gətirib. O, Azərbaycanlıların soyqırımı haqqında ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra Azərbaycan və Türkiyədə lentə alınmış, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi, aparıcı çıxışçısı olub. Azərbaycan radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri işləyib.

 

Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədov 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatına layiq görülüb.

 

İsrafil Məmmədovun əziz xatirəsi, xalqımız və dövlətimiz qarşısındakı xidmətləri unudulmayacaqdır.

 

Allah rəhmət eləsin!"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalistlərin Daxili İşlər Nazirliyi qarşısında aksiyası – RƏSMİ 22 İyul 2019, 15:39 Jurnalistika fakültəsinin dekanı və professor “Şirməmməd Hüseynov mükafatı”nı ALQIŞLADILAR 22 İyul 2019, 15:28 Jurnalistikanı atan məşhur jurnalistlər… 22 İyul 2019, 15:23 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb   22 İyul 2019, 15:20 İlham Əliyev Çin nümayəndə heyətini qəbul etdi 22 İyul 2019, 15:18 Azərbaycan “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edildi 22 İyul 2019, 15:07 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB 22 İyul 2019, 15:01 “22 iyul varisi” olan media qurumları və jurnalistlərin adları - SİYAHI 22 İyul 2019, 14:30 SSRİ zamanında Azərbaycanda Mətbuat günü necə qeyd edilirdi? 22 İyul 2019, 14:19 Ermənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edir   22 İyul 2019, 14:13 Zərdabi niyə müəllim oldu?   22 İyul 2019, 14:05 Beş güləşçimiz Avropa Gənclərinin Olimpiya Festivalının FİNALINDA   22 İyul 2019, 13:59 Müəllim olmaq istəyənlər imtahan verir 22 İyul 2019, 13:52 Əli Əhmədov: “Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar” 22 İyul 2019, 13:50 Sosial şəbəkələrdə hər kəs bu uşaqlardan danışır - FOTO/VİDEO 22 İyul 2019, 13:42 BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?    22 İyul 2019, 13:35 Hərbçilərimiz beynəlxalq yarışlara hazırlaşır - FOTOLAR 22 İyul 2019, 13:27 Deputat Eldar Quliyev təltif olundu 22 İyul 2019, 13:18 “Azərsu” sədri vətəndaşları qəbul etdi 22 İyul 2019, 13:14 Nazir Mirşahinə müsahibə verdi - VİDEO 22 İyul 2019, 13:09 “Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur” 22 İyul 2019, 13:02 Sabahın HAVASI: Güclü külək əsəcək 22 İyul 2019, 12:56 Prezident qəzetlərə 1 milyon manat ayırdı 22 İyul 2019, 12:46 Bakıda yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyuldu 22 İyul 2019, 12:26 Ölkə.az-da yeni baş redaktor 22 İyul 2019, 12:21 Əbülfəs Qarayevdən jurnalistlərə TƏBRİK 22 İyul 2019, 12:10 Təhsil naziri İctimai Şura yaratdı - hər kəs üzv ola bilər 22 İyul 2019, 12:00 Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat etdi 22 İyul 2019, 11:54 Deputat:  “YAP gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır” 22 İyul 2019, 11:51 Cahangir Hacıyevin məhkəməsi təxirə düşdü 22 İyul 2019, 11:51 “Western Union” Rusiyadan Azərbaycana pul köçürmələrini məhdudlaşdırdı 22 İyul 2019, 11:37 Sumqayıtda 55 yaşlı kişi 8 yaşlı qızı oğurladı 22 İyul 2019, 11:21 “Gülazar” limonadları da zay çıxdı - FOTOLAR 22 İyul 2019, 11:17 Binəqədidə narkotacir qadın tutuldu - FOTO   22 İyul 2019, 11:11 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır 22 İyul 2019, 11:09