Modern.az

Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi

Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi

Aktual

26 İyun 2019, 13:03

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Qızılhacılı qəsəbəsi “Cümə” məscidində oldu.

 

Modern.az xəbər verir ki, XVIII əsrdə inşa edilmiş və tarixi memarlıq abidəsi kimi qorunan Qızılhacılı “Cümə” məscidi bu gün qəsəbədə yaşayan islam dininə etiqat göstərən inanclı insanların ziyarət və ibadət yeri kimi dəyərləndirilir. 

 

Ölkədə Prezident İlham Əliyev tərəfindən formalaşdırılmış multukultural və tolerant dəyərlərə sahib olan Azərbaycanda ölkə vətəndaşlarının dini etiqat və vicdan azadlığı yüksək səviyyədə təmin edilir. 

 

Goranboyda da dövlət siyasətinə uyğun olaraq cəmiyyətin bütün təbəqələri ilə yanaşı, dini elitaya qarşı da həssas münasibət göstərilir. 

 

Bu məqsədlə 26 iyun 2019-cu il tarixdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Qızılhacılı qəsəbəsi “Cümə” məscidində oldu.

 

Məsciddə olarkən məscidin tarixi memarlığı və ictimai-dini əhəmiyyəti barədə icra başçısına məlumat verildi. Məscidlə yaxından tanış olan icra başçısı məscidin tarixi bina kimi qorunub saxlanılması ilə bağlı öz tövsiyyələrini verdi.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir