Arxiv
26 İyun 2019, 15:02 | AKTUAL
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR

Bu gün, 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günündə Prezident cənab İlham Əliyevin hədiyyəsi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim edilib. Mənzillər Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq verilib. 



Modern.az xəbər verir ki, Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın güclü orduya malik bir ölkə olmasının hər birimizdə sonsuz qürur hissi doğurduğunu vurğulayıb.

 

A.Kərimov bildirib ki, dövlət başçısının siyasətinin ana xəttini ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. 2019-cu il ərzində də təqdim edilən iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artaraq, 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına  imkan verib. Dövlət sektorunda işləyənlərin də əmək haqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri də əhəmiyyətli şəkildə artırılıb. Həmçinin, 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyulmaqla, bu problemin həlli ilə bağlı maliyyə yükünü dövlət öz üzərinə götürüb. Ümumilikdə, təkcə bu il təqdim edilən iki sosial paket 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub. 

Nazir müavini qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət başçısının xüsusi qayğısı nəticəsində ötən il nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil bu kateqoriyalardan olanlara təqdim edilib. Cari ildə isə azı 800 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 60 mənzil hazırda  təqdim edilir. Ümumilikdə indiyədək nazirlik tərəfindən həmin kateqoriyalardan olanlara 6714 mənzil verilib. Həmçinin ötən il 265 müharibə əlili minik avtomobili ilə təmin edilibsə, cari ildə həmin vətəndaşlara nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb. Onlardan bu ilin ötən dövründə artıq 150 avtomobil təqdim edilib. Bununla indiyədək 6300-dək avtomobil müharibə əlillərinə təqdim edilib. 

 

A.Kərimov yeni mənzillə təmin olunan vətəndaşları təbrik edərək, onlara xoş arzularını çatdırıb.

 

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri bütün sahələrdə diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb, sosial təminatlarının gücləndirilməsindən, müavinət və təqaüdlərinin, pensiyalarının mütəmadi olaraq artırılmasından razılıqlarını ifadə ediblər. Onlar göstərilən yüksək qayğıya, bu gün isə yeni və rahat mənzillərlə təmin olunduqlarına görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.   



İctimai təşkilatların rəhbərləri sosial sahədə atılan inqilabi addımların əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm uğurlara nail olmağa imkan verdiyini qeyd ediblər. Vurğulanıb ki, atılan bu addımlar, eyni zamanda, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin yeni mənzillərlə təmin edilməsi işlərinin ildən-ilə güclənməsi dövlət başçısının siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir.

 

Sonra yeni mənzillərə baxış olub. Mənzillərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Oyuna tam konsentrasiya olmalıyıq” - Qurban Qurbanov 24 İyul 2019, 00:33 ABŞ çətin durumda qalacaq 24 İyul 2019, 00:16 Cəlilabadda azyaşlını avtomobil vurdu 23 İyul 2019, 23:59 Türkiyə BTQ ilə daşımaların həcmini artırır 23 İyul 2019, 23:46 Ermənilər Rəşid Behbudovun qızına hücum çəkdilər - VİDEO 23 İyul 2019, 23:27 Gülşən Rəvan qızının nakam Cəbrayıl SEVGİSİ 23 İyul 2019, 23:16 İlqar Əlfioğlu: “Mən Ağdam barədə yazı yazmamışam və yazmıram…” 23 İyul 2019, 23:09 Putinin kortejinin getdiyi yola mina qoyuldu 23 İyul 2019, 22:56 Bakıda intihara cəhdin qarşısı alındı 23 İyul 2019, 22:42 “Qarabağ” son 6-7 ildə oynadığımız ən yaxşı rəqiblərdən biridir” - Vinni Pert  23 İyul 2019, 22:26 Dənizdə batan şəxsin meyiti çıxarıldı 23 İyul 2019, 22:04 Yanacaq tankeri qəzaya uğradı: Ölənlər var 23 İyul 2019, 21:46 Azərbaycanlı velosipedçi 83-cü oldu 23 İyul 2019, 21:33 50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq 23 İyul 2019, 21:14 Antalyada turistləri daşıyan avtobus dərəyə yuvarlandı 23 İyul 2019, 21:01 Lənkəranda ölənlərin kimliyi məlum oldu 23 İyul 2019, 20:44 Rusiyada yanğında 4 nəfər öldü 23 İyul 2019, 20:27 Dənizdə batan şəxsin axtarışına başlanıldı 23 İyul 2019, 20:15 I Avropa Oyunlarının iştirakçısı öldü 23 İyul 2019, 20:01 Astarda bir nəfər dənizdə batdı 23 İyul 2019, 19:38 Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olunub 23 İyul 2019, 19:27 Daxili İşlər Nazirliyi işçi AXTARIR - ELAN 23 İyul 2019, 19:12 Bərdədə 6 aylıq körpəni uşaq xəstəxanasının dəhlizinə atıb gediblər   23 İyul 2019, 18:55 Bakıdan Nyu-Yorka uçuşlar davam edəcək - AZAL 23 İyul 2019, 18:37 Sərbəst güləşçi Kənan Heybətov qızıl medal qazandı 23 İyul 2019, 18:23 Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın tərkibi dəyişdi - SİYAHI 23 İyul 2019, 18:20 Hakimlərin maaşı qaldırıldı - SƏRƏNCAM 23 İyul 2019, 18:05 Deputat Musa Qasımlı seçicilərini dinlədi 23 İyul 2019, 17:59 İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək 23 İyul 2019, 17:52 Nazir Elmar Məmmədyarov dövlət katibini qəbul etdi 23 İyul 2019, 17:50 Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir  23 İyul 2019, 17:33 Goranboyun qaz təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 17:25 Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar 23 İyul 2019, 17:14 Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 23 İyul 2019, 17:13 2 güləşçimiz EYOF-da qızıl qazandı 23 İyul 2019, 17:01