Arxiv
26 İyun 2019, 15:32 | AKTUAL
Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Müdafiə Nazirliyinin təşəbbüsü ilə şəhid ailələrinin bir qrupu ilə görüş keçirilib.

 

Bu haqda Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.


Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Rasim Əliyev qeyd edib ki, dövlətimiz tərəfindən müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüzün təmin edilməsi, qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, ordunun döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi istiqamətində böyük işlər görülüb.

 

“Bu gün Azərbaycanda ölkənin müdafiə potensialının gücləndirilməsi, ölkəmizdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ilə yanaşı, ordu sıralarında xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi də daim diqqət mərkəzində saxlanılır. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinin yaşayış səviyyəsinin yaxşılaşdırılması daim dövlətin nəzarəti altındadır” - deyə general-mayor R.Əliyev bildirib.


Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev qeyd edib ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis edilməsi bu qəbildən olan insanlara verilən ən böyük dəyərdir. 

 

Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirmək məqsədilə biz sizə və sizin simanızda olan hər bir şəhid ailəsinə dəstək olmaq üçün əlimizdən gələni etməyə hər zaman hazırıq”.

Tədbir iştirakçılarına Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə mükafatlar təqdim edildikdən sonra xatirə şəkli çəkdirilib.

Sonra şəhid ailələrinin nümayəndələri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkəmizin başçısına minnətdarlıqlarını bildirib, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndiriblər.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Oyuna tam konsentrasiya olmalıyıq” - Qurban Qurbanov 24 İyul 2019, 00:33 ABŞ çətin durumda qalacaq 24 İyul 2019, 00:16 Cəlilabadda azyaşlını avtomobil vurdu 23 İyul 2019, 23:59 Türkiyə BTQ ilə daşımaların həcmini artırır 23 İyul 2019, 23:46 Ermənilər Rəşid Behbudovun qızına hücum çəkdilər - VİDEO 23 İyul 2019, 23:27 Gülşən Rəvan qızının nakam Cəbrayıl SEVGİSİ 23 İyul 2019, 23:16 İlqar Əlfioğlu: “Mən Ağdam barədə yazı yazmamışam və yazmıram…” 23 İyul 2019, 23:09 Putinin kortejinin getdiyi yola mina qoyuldu 23 İyul 2019, 22:56 Bakıda intihara cəhdin qarşısı alındı 23 İyul 2019, 22:42 “Qarabağ” son 6-7 ildə oynadığımız ən yaxşı rəqiblərdən biridir” - Vinni Pert  23 İyul 2019, 22:26 Dənizdə batan şəxsin meyiti çıxarıldı 23 İyul 2019, 22:04 Yanacaq tankeri qəzaya uğradı: Ölənlər var 23 İyul 2019, 21:46 Azərbaycanlı velosipedçi 83-cü oldu 23 İyul 2019, 21:33 50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq 23 İyul 2019, 21:14 Antalyada turistləri daşıyan avtobus dərəyə yuvarlandı 23 İyul 2019, 21:01 Lənkəranda ölənlərin kimliyi məlum oldu 23 İyul 2019, 20:44 Rusiyada yanğında 4 nəfər öldü 23 İyul 2019, 20:27 Dənizdə batan şəxsin axtarışına başlanıldı 23 İyul 2019, 20:15 I Avropa Oyunlarının iştirakçısı öldü 23 İyul 2019, 20:01 Astarda bir nəfər dənizdə batdı 23 İyul 2019, 19:38 Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olunub 23 İyul 2019, 19:27 Daxili İşlər Nazirliyi işçi AXTARIR - ELAN 23 İyul 2019, 19:12 Bərdədə 6 aylıq körpəni uşaq xəstəxanasının dəhlizinə atıb gediblər   23 İyul 2019, 18:55 Bakıdan Nyu-Yorka uçuşlar davam edəcək - AZAL 23 İyul 2019, 18:37 Sərbəst güləşçi Kənan Heybətov qızıl medal qazandı 23 İyul 2019, 18:23 Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın tərkibi dəyişdi - SİYAHI 23 İyul 2019, 18:20 Hakimlərin maaşı qaldırıldı - SƏRƏNCAM 23 İyul 2019, 18:05 Deputat Musa Qasımlı seçicilərini dinlədi 23 İyul 2019, 17:59 İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək 23 İyul 2019, 17:52 Nazir Elmar Məmmədyarov dövlət katibini qəbul etdi 23 İyul 2019, 17:50 Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir  23 İyul 2019, 17:33 Goranboyun qaz təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 17:25 Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar 23 İyul 2019, 17:14 Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 23 İyul 2019, 17:13 2 güləşçimiz EYOF-da qızıl qazandı 23 İyul 2019, 17:01