Arxiv
26 İyun 2019, 15:50 | AKTUAL
“Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva

“26 iyun Azərbaycan Milli Ordusunun yaranma günüdür. Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il sərəncamına əsasən əlahiddə Azərbaycan korpusunun yarandığı gün-26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan olundu və bu tarix həmin vaxtdan rəsmi dövlət bayramı kimi qeyd olunur.

 

Bunu Modern.az-a açıqlamasında deputat  Kamilə Əliyeva deyib.O bildirib:

 

“Ötən il Azərbaycan Ordusunun 100 illiyi çox təntənəli şəkildə, Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirak etdiyi Hərbi Paradla qeyd olundu. Hər iki lider Hərbi Paradda tarixi çıxışlar etdilər. Həmin gün Azərbaycan Ordusunun gücü, nələrə qadir ola biləcəyi bir daha dünyaya nümayiş olundu. Çox sevindirici və qürurverici hal odur ki, Hərbi Parad ərəfəsində Azərbaycan Ordusu növbəti zəfərinə, “Günnüt əməliyyatı” nəticəsində 1992-ci ildən işğal altında olan Naxçıvanın Günnüt kəndinin və digər strateji məntəqələrin azad edilməsinə nail olmuşdu.Yəni, zəfər zəfərə, bayram bayrama qarışmışdı. Bunları xatırlatmaqda məqsədim odur ki, istər 1918-20-ci illərdə, istərsə də, ikinci müstəqilliyimizin 28 ilində Azərbaycan Ordusu bir çox tarixi nailiyyətlərə, zəfərlərə, qələbələrə nail ola bilib.

 

Buna 2016-cı ilin uğurlu Aprel əməliyyatlarını da aid etmək olar. Bu əməliyyat Azərbaycanın hərb tarixinə və səlnaməsinə qızıl hərflərlə həkk edilmişdir. Bunlar onu göstərir ki, Azərbaycan Ordusu ildən-ilə güclənməkdə, qüdrətlənməkdə, döyüş qabiliyyətini və hazırlığını yüksəltməkdədir”.

K.Əliyeva söyləyib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən modern ordularındandır, dünyanın 50 ölkəsinin ordusu arasında layiqli yerini almış bir ordudur.

 

“Ümumiyyətlə, Ordu dövlətin, cəmiyyətin keşikçisidir. Hər bir dövlətin müqəddəratı xalqın taleyi ordusundan asılıdır. Ordu öz dövlətini,xalqını qoruyan bir ana timsalıdır. Bu baxımdan, Azərbaycan Ordusunun gücləndirilməsi və möhkəmləndirilməsi Azərbaycan dövlətinin, ölkə rəhbərinin, Ali Baş Komandanın daim diqqət mətkəzində, qayğısı altındadır.

 

Təsadüfi deyil ki, hərbi büdcəmiz ildən-ilə artırılır. 2019-cu ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində hərbi büdcəmizin daha 5 faiz artırlması gözlənilir. Azərbaycanın hərbi büdcəsi təcavüzkar və işğalçı ölkənin bütövlükdə dövlət büdcəsinə bərabərdir. Bunlar Azərbaycanın dinamik, sürətli inkişafından və nəticə etibarı ilə Azərbaycan Ordusunun qüdrətindən xəbər verir. Bu Ordu hər zaman Ali Baş Komandanın əmrinə hazırdır. İnanıram və qəti əminəm ki, sülh danışıqları ilə yanaşı, Azərbaycan Ordusu da Qarabağ münaqişəsinin müsbət və ədalətli həllində birmənalı sözünü deyəcək. O gün heç də uzaqda deyil. Allah müstəqil Azərbaycanımızı və Ordumuzu qorusun. Bayramımız bir daha mübarək olsun!”-deyə K. Əliyeva əlavə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır” - İlham Əliyev 5 Dekabr 2019, 23:51 “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir” - Prezident 5 Dekabr 2019, 23:32 Azərbaycan nefti bahalaşıb 5 Dekabr 2019, 23:14 ABŞ İran hakimiyyətini minlərlə etirazçının qətlində ittiham etdi 5 Dekabr 2019, 22:56 Qızıl  payızdan qızılı düşüncələr... - FOTOLAR 5 Dekabr 2019, 22:42 Azərbaycanla İrlandiya əməkdaşlığı müzakirə olundu 5 Dekabr 2019, 22:33 Rusiya diplomatı "qara siyahı"ya saldı 5 Dekabr 2019, 22:17 Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxıldı 5 Dekabr 2019, 21:59 Xidməti it sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı 5 Dekabr 2019, 21:29 Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anıldı 5 Dekabr 2019, 21:15 Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 5 Dekabr 2019, 21:02 Gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq 5 Dekabr 2019, 20:46 ATƏT-in Minsk Qrupundan bəyanat: “Hazırki status-kvo qəbuledilməzdir” 5 Dekabr 2019, 20:33 "Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş 5 Dekabr 2019, 20:17 Vətəndaşlara 158,05 ton mineral gübrə satılıb 5 Dekabr 2019, 20:03 Daxili orqanında 142 metadon həbi aşkar edildi 5 Dekabr 2019, 19:50 Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək 5 Dekabr 2019, 19:45 Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi 5 Dekabr 2019, 19:31 Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub - FOTOLAR 5 Dekabr 2019, 19:23 Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42 Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub 5 Dekabr 2019, 17:30 Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM 5 Dekabr 2019, 17:28 Xəzər rayonunda yol tikintisinə 11,8 milyon manat ayrıldı 5 Dekabr 2019, 17:28
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?