Modern.az

Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi

Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi

Dünya

26 İyun 2019, 16:10

Rəsmi Moskva ABŞ-la İran arasındakı gərginliyin həll edilməsi üçün tərəfləri dialoqa çağırır.

 

Modern.az saytının TASS-a istinadən xəbərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bəyanatla çıxış edib.

“Biz amerikalı və iranlı həmkarlarımızı təhlükəli tendensiyadan uzaqlaşmağa, sivil dialoq vasitəsi ilə ziddiyyətləri tənzimləməyə çağırırıq. Bu, əlbəttə ki, ultimatun dilinə, sanksiya və şantaj siyasətinə son qoyar”-deyə Lavrov bildirib.

 

Lavrov Rusiyanın təklifini də xatırladıb. Bu, İranla Fars körfəzi ölkələri (ərəb dövlətləri) arasında dialoqun başlamasından ibarətdir.

 

“Bizimi mövqeyimiz bölgəni fəlakətə sürükləyən kursa alternativdir”- S.Lavrov əlavə edib.

 

Nazir İran ətrafında cərəyan edən proseslərin, ehtimal olunan hərbi ssenarilərin fəlakətə və beynəlxalq böhrana səbəb ola biləcəyini qeyd edib.

 

“Bu, həm də Orta Şərq və Şimali Afrika üçün də fəlakətli olacaq”- deyə bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır