Arxiv
26 İyun 2019, 22:44 | AKTUAL
AŞPA-da Azərbaycandakı yeni çağırışlardan danışıldı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) cari yay yarım-sessiyası çərçivəsində 2019-cu il iyunun 26-da “Azərbaycanda yeni çağırışlar və davam edən islahatlar” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, nümayəndəliyin  dəstəyi ilə baş tutan bu tədbirdə AŞPA üzvləri, diplomatik korpus, Avropa Şurası katibliyi, vətəndaş cəmiyyəti, mətbuat və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tədbirin məqsədinin ölkəmizdə aparılmaqda olan islahatlar barədə məlumat verməkdən ibarət olduğunu bildirib. Azərbaycan vətəndaş cəmiyyəti, o cümlədən ölkəmizdə fəaliyyət göstərən İnsan hüquqları üzrə birgə işçi qrupun nümayəndələrinin bu tədbirdə iştirak etmələri, eləcə də çıxışçılar arasında yer almasından məmnun olduğunu və bunun ölkəmizdə demokratiyanın vəziyyətindən xəbər verdiyini qeyd edib. Çıxışı əsnasında Azərbaycan torpaqlarının davam edən işğalı səbəbindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasının mümkün olmadığını xatırladan S.Seyidov münaqişə ilə bağlı öhdəlik istisna olmaqla, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü bütün öhdəliklərin icrasına nail olduğunu bəyan edib.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov ölkəmizdə gedən hüquqi islahatların bir neçə il öncədən başladılmış prosesin davamı olduğunu qeyd etmiş, onun qısa tarixi, mahiyyəti və əhəmiyyəti barədə ətraflı məruzə təqdim edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə başladılmış və onun rəhbərliyi altında uğurla həyata keçirilməkdə olan bu islahatların cinayət təqibi və cəzaların icrası sahəsində müvafiq şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiqi və cəza siyasətinin humanistləşdirilməsi, ədalət mühakiməsinin keyfiyyəti və səmərəliliyinin artırılması kimi məsələləri ehtiva edən yol xəritəsi əsasında həyata keçirilməkdədir. Aparılmış islahatların artıq müsbət nəticələr verdiyini vurğulayaraq, müvafiq statistik məlumatları bölüşüb və xüsusilə böyük sayda vətəndaşımızın həyatına müsbət təsir etdiyini açıqlayıb. Çingiz Əsgərov bundan əlavə Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının ölkəmizin müvafiq qurumları qarşısında qoyduğu məqsədlər haqqında məlumat verib və həmin islahatların gözlənən nəticələrindən söz açıb.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva ölkəmizdə digər, xüsusilə sosial sahədə aparılan islahatlar barədə ətraflı məlumat verib. Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və həyata keçirilən bütün islahatların insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasına yönəldiyini qeyd edib. Bu islahatların icrasında həssas qrupların - müharibə veteranları, məcburi köçkünlər, fiziki qüsurlu şəxslər, pensiya yaşına çatmış insanların xüsusi diqqət mərkəzində saxlanıldığını göstərib.

Çıxışında Milli Məclisin üzvü həmçinin, ölkəmizdə qadınların ictimai-siyasi həyatda rolunun artmaqda olduğu, uşaqların hüquqlarının daha yaxşı təmini istiqamətində çoxsaylı layihələr həyata keçirildiyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

İnsan hüquqları üzrə birgə işçi qrupun üzvü, Azərbaycan insan hüquqlarının müdafiə mərkəzinin direktoru Eldar Zeynalov çıxış edərək, ölkəmizdə aparılmaqda olan islahatların müsbət nəticələr verməkdə olduğunu, hazırda cəmiyyətdə daha fərqli və müsbət şəraitin yarandığını bildirib. O, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və ictimai işlərdə iştirakı üçün müvafiq imkanların təmin edildiyini qeyd edib.

Vətəndaş cəmiyyətinin cari islahatlar paketinin hazırlanmasında iştirak etdiyi və ona dəstək verdiyi açıqlanıb və həmin islahatların icrasında da iştirak etmək niyyətində olduğu göstərilib.

Çıxışların ardınca baş tutmuş fikir mübadiləsində Azərbaycanın demokratiya, insan hüquqları və qanunun aliliyi xüsusunda doğru istiqamətdə əzmlə irəlilədiyi ifadə edilib.
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycandakı istixanalar daha çox İKİ MƏHSUL yetişdirir - Bu bölgələrdə... 6 Dekabr 2019, 08:54 5 dekabr Qərbi Azərbaycanlıların Anım Günü olsun - İcma bəyan verdi 6 Dekabr 2019, 08:49 Bu gün Azərbaycanda 650 min ağac əkiləcək - Birinci vitse-prezidentin TƏŞƏBBÜSÜ 6 Dekabr 2019, 08:38 Deputatların əlavələrlə birlikdə aldığı məvacib - Maaş, bayrampulu, tətilpulu, pensiya…- Kimə nə qədər düşür? 6 Dekabr 2019, 08:24 Bakıda 592 saylı marşrutun hərəkət trayektoriyası dəyişdirildi 6 Dekabr 2019, 08:20 Rusiya Azərbaycan pomidorundan tam imtina etmir - Nazirlik AYDINLIQ GƏTİRDİ 6 Dekabr 2019, 08:16 Bakıda 2 maşın toqquşdu: yaralı var 6 Dekabr 2019, 00:51 Avropa Birliyi "Google"u yenidən araşdıracaq 6 Dekabr 2019, 00:32 Mövlud Çavuşoğludan Qarabağ açıqlaması 6 Dekabr 2019, 00:13 “Yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır” - İlham Əliyev 5 Dekabr 2019, 23:51 “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir” - Prezident 5 Dekabr 2019, 23:32 Azərbaycan nefti bahalaşıb 5 Dekabr 2019, 23:14 ABŞ İran hakimiyyətini minlərlə etirazçının qətlində ittiham etdi 5 Dekabr 2019, 22:56 Qızıl  payızdan qızılı düşüncələr... - FOTOLAR 5 Dekabr 2019, 22:42 Azərbaycanla İrlandiya əməkdaşlığı müzakirə olundu 5 Dekabr 2019, 22:33 Rusiya diplomatı "qara siyahı"ya saldı 5 Dekabr 2019, 22:17 Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxıldı 5 Dekabr 2019, 21:59 Xidməti it sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı 5 Dekabr 2019, 21:29 Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anıldı 5 Dekabr 2019, 21:15 Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 5 Dekabr 2019, 21:02 Gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq 5 Dekabr 2019, 20:46 ATƏT-in Minsk Qrupundan bəyanat: “Hazırki status-kvo qəbuledilməzdir” 5 Dekabr 2019, 20:33 "Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş 5 Dekabr 2019, 20:17 Vətəndaşlara 158,05 ton mineral gübrə satılıb 5 Dekabr 2019, 20:03 Daxili orqanında 142 metadon həbi aşkar edildi 5 Dekabr 2019, 19:50 Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək 5 Dekabr 2019, 19:45 Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi 5 Dekabr 2019, 19:31 Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub - FOTOLAR 5 Dekabr 2019, 19:23 Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?