Arxiv
27 İyun 2019, 00:14 | AKTUAL
Şəhid hərbçilərin övladları üçün robotiks təşkil olundu - FOTOLAR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin təşkilatçılığı, “Mars Academy”, AREA- Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası və “Engineering for Kids” şirkətinin tərəfdaşlığı ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə şəhid hərbçilərin övladları üçün robotiks təşkil olunub.

 

Tədbirdə 2016-cı ilin aprel döyüşlərində şəhid olan hərbçilərin övladların üçün robotiks ustad dərsi keçirilib. Eyni zamanda, onlar dron uçuşlarında iştirak edərək əyləncəli dəqiqələr yaşayıblar.

 

Tədbirdə bildirilib ki, Nəqliyyat Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində  robototexnika dərnəyi fəaliyyət göstərəcək. Bu dərnəkdə yay ərzində  robotiks kursları və dron uçuşları ilə bağlı təlimləri keçiriləcək. Aprel döyüşlərində şəhid olan hərbiçilərin övladları öz seçimləri əsasında istədikləri təlimdə iştirak edə bilərlər.

 

Sözügedən təlimlər aprel döyüşlərində şəhid olan hərbiçilərin övladları üçün ödənişsiz olacaq.

 

AzEdu.az tədbirdə iştirak edən şəhid hərbiçilərinin övladları, onların həyat yoldaşları və təlimçilərin fikirlərini öyrənib.

 

Ayan Yusifzadə şəhid hərbiçi Vüqar Yusifovun qızıdır. O, ilk dəfədir belə təlimdə iştirak edir və bu ona çox maraqlı təəssüratlar yaşadıb:

 

“Mən burada robotları hərəkətə gətirməyə cəhd edirəm. Təlim çox gözəl keçir. Çalışıram ki, robotlar funksiyalarını yerinə yetirsinlər”.

 

Ayanın qardaşı Yusif  Yusifzadə  hələ balaca olmasına və bağçaya getməsinə baxmayaraq, robotatexnikanın sirlərini öyrənmək istəyir:

 

“Bura çox maraqlıdır. Mən çoxlu məlumatlar öyrəndim.Robot haqqında informasiyalar topladım”.

 

Eldar Mustafayev TEB  Gimnaziyasının şagirdidir:

 

“Təlim yüksək səviyyədə keçirilir. Bizə burada robotatexnika ilə bağlı geniş informasiyalar verildi. Təəssüratlarım müsbətdir”. 

 

Somaz İsgəndərli təlimçi olaraq uşaqlara robotatexnikanın sirlərini öyrədir. O Bakı Mühəndislik Universitetində 3-cü kursda təhsil alır:

 

“Könüllü şəkildə uşaqlara təlim verirəm.Özüm artıq bir ildir ki, Bakı Media Mərkəzində işləyirəm.Bu gün uşaqlara robotiks haqqında məlumat verməyə gəlmişəm.

Uşaqlar adətən robotlara qarşı çox həvəsli olurlar.Robotun konstruksiyaları haqqında məlumatı olan uşaq onu əyani şəkildə hərəkətə gətirə bilər. Uşaqlar robotatexnikanı çox sevirlər.Bu onlar üçün faydalıdır.Həmçinin də gələcəkdə proqramlaşdırma sahəsində onlara köməklik edəcək. Bu uşaqların  alqoritmik düşüncəsi inkişaf etdirmək üçün  də imkan yaradır”.

 

Nuray Novruzlu da yaşının az olmasına baxmayaraq, təlimə həvəslə qatılıb.O hərbiçi şəhid Mirzə Novruzlunun qızıdır:

 

“Mən robotlar və dronlar haqqında öyrənirəm. Biz komputerdə drona nə etməli olduğunu səsli şəkildə deyirik və dron da verilən tapşırıqları yerinə yetirir”.

 

Dilarə Məmmədovanın nəvələri şəhid Mirzə Novruzovun övladlarıdır. Onun sözlərinə görə, elm və texnikanın inkişafı ilə bağlı olaraq Uşaqların maraq dairələri daha da artıb:

 

“Təlimi təşkil edənlərə dərin minətdarlığımı bildirirəm.Uşaqların sevincini görüb  bizdə sevinirik.

 

İnanıram ki, şəhid övladarı çox şey bacaracaqlar.  Onlar çox istedadlı uşaqlardır.Hər biri həyatda öz yerlərini tapmaq üçün məqsədlərinə çatmalı və bu yolda çalışmalıdılar.Hər şeyin yaxşı olacağına inanıram”.

 

Lalə Əliyeva  palkovnik Vüqar Yusifovun həyat yoldaşıdır. O,  Rabitə Nazirliyinə bu tədbirin təşkili üçün minnətdar olduğunu bildirib:

 

“Onlar uşaqlarımıza yaxşı şərait yaratdılar.Uşaqlar robotatexnikanın dərinlikləri ilə tanış oldular.Ümid edirəm ki, belə tədbirlər daimi olacaq.Şəhid övladlarına olan qayğı həmişə davam edəcək.

Bu günün 26 iyun Silahlı Qüvvələr gününə təsadüf etməsi sevindirici haldır.Şəhidlərimizin ruhu bu tədbirlə şad olacaq”.

 

Sevinc Əlizadə aprel döyüşlərində şəhid olan palkovnik-leytinant Rafiq Orucovun həyat yoldaşıdır. O da tədbir barədə təəssüratlarını bölüşüb:

 

“Bu gün 26 iyun Silahlı Qüvvələrin yaranması və ordu günüdür.Belə bir tarixdə Azərbaycanın bütövüyü və  müstəqilliyi uğrunda şəhid olmuş zabitlərimiz, hərbiçilərimiz, əsgərlərimiz yada düşməlidir. Onların bizdə qalan əmanətləri  var. Biz millət və xalq olaraq o əmanətlərə sahib çıxmalıyıq.

 

Rabitə Nazirliyinin rəhbər heyyətinə öz təşəkkürümü bildirirəm. Bu işdə əməyi keçən bütün insanlara  minnətdaram. Bu gün o uşaqlar yalnız qalmadılar.Şəhidlərimizin əmanətlərinə sahib çıxıldı.

 

Bəlkə də bu gün uşaqlar evdə olsaydılar, darıxacaqdılar.Çünki bu gün onların gözü yolda idi.Ona görə də biz onların hamısını bir yerə topladıq. Belə bir görüş təşkil etdik.Onlar da xalq və millət üçün dəyərli olduqlarını hiss etdilər.Qayğıya və hörmətə ehtiyacı olduqlarını anladılar.Buna görə də bu işdə əməyi keçən hər  kəsə öz minətdarlığımı bildirirəm.

 

Ümid edirəm ki, Mars Akademi və Rabitə Nazirliyinin dəstəklədiyi bu layihə  uşaqlarımız üçün çox uğurlu olacaq və  onlarda bunu davam etdirməyi bacaracaqlar”.

 

Şükufə Süleymanlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Oyuna tam konsentrasiya olmalıyıq” - Qurban Qurbanov 24 İyul 2019, 00:33 ABŞ çətin durumda qalacaq 24 İyul 2019, 00:16 Cəlilabadda azyaşlını avtomobil vurdu 23 İyul 2019, 23:59 Türkiyə BTQ ilə daşımaların həcmini artırır 23 İyul 2019, 23:46 Ermənilər Rəşid Behbudovun qızına hücum çəkdilər - VİDEO 23 İyul 2019, 23:27 Gülşən Rəvan qızının nakam Cəbrayıl SEVGİSİ 23 İyul 2019, 23:16 İlqar Əlfioğlu: “Mən Ağdam barədə yazı yazmamışam və yazmıram…” 23 İyul 2019, 23:09 Putinin kortejinin getdiyi yola mina qoyuldu 23 İyul 2019, 22:56 Bakıda intihara cəhdin qarşısı alındı 23 İyul 2019, 22:42 “Qarabağ” son 6-7 ildə oynadığımız ən yaxşı rəqiblərdən biridir” - Vinni Pert  23 İyul 2019, 22:26 Dənizdə batan şəxsin meyiti çıxarıldı 23 İyul 2019, 22:04 Yanacaq tankeri qəzaya uğradı: Ölənlər var 23 İyul 2019, 21:46 Azərbaycanlı velosipedçi 83-cü oldu 23 İyul 2019, 21:33 50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq 23 İyul 2019, 21:14 Antalyada turistləri daşıyan avtobus dərəyə yuvarlandı 23 İyul 2019, 21:01 Lənkəranda ölənlərin kimliyi məlum oldu 23 İyul 2019, 20:44 Rusiyada yanğında 4 nəfər öldü 23 İyul 2019, 20:27 Dənizdə batan şəxsin axtarışına başlanıldı 23 İyul 2019, 20:15 I Avropa Oyunlarının iştirakçısı öldü 23 İyul 2019, 20:01 Astarda bir nəfər dənizdə batdı 23 İyul 2019, 19:38 Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olunub 23 İyul 2019, 19:27 Daxili İşlər Nazirliyi işçi AXTARIR - ELAN 23 İyul 2019, 19:12 Bərdədə 6 aylıq körpəni uşaq xəstəxanasının dəhlizinə atıb gediblər   23 İyul 2019, 18:55 Bakıdan Nyu-Yorka uçuşlar davam edəcək - AZAL 23 İyul 2019, 18:37 Sərbəst güləşçi Kənan Heybətov qızıl medal qazandı 23 İyul 2019, 18:23 Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın tərkibi dəyişdi - SİYAHI 23 İyul 2019, 18:20 Hakimlərin maaşı qaldırıldı - SƏRƏNCAM 23 İyul 2019, 18:05 Deputat Musa Qasımlı seçicilərini dinlədi 23 İyul 2019, 17:59 İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək 23 İyul 2019, 17:52 Nazir Elmar Məmmədyarov dövlət katibini qəbul etdi 23 İyul 2019, 17:50 Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir  23 İyul 2019, 17:33 Goranboyun qaz təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 17:25 Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar 23 İyul 2019, 17:14 Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 23 İyul 2019, 17:13 2 güləşçimiz EYOF-da qızıl qazandı 23 İyul 2019, 17:01