Modern.az

Rusiyada yenə təyyarə qəzası: Ölən və yaralananlar var

Rusiyada yenə təyyarə qəzası: Ölən və yaralananlar var

27 İyun 2019, 08:42

Rusiya Federasiyasının Buryatiya Respublikasında An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Bu haqda Modern.az Rusiya KİV-nə istinadən xəbər verir.

Hadisə nəticəsində 2 pilot həlak olub, 22 nəfər isə xəsarət alıb.

Xəsarət alanlardan 7-si xəstəxanaya yerləşdirilib, digərləri yaralananlar isə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, məlumata görə, təyyarə uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Təyyarə bundan sonra yanmağa başlayıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu