Modern.az

Magistraturaya qəbul olunanlara XƏBƏRDARLIQ

Magistraturaya qəbul olunanlara XƏBƏRDARLIQ

27 İyun 2019, 10:39

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar iyunun 27-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri müvafiq ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bu haqda Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumatda bildirilib.

Göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi