Modern.az

Səfirlər Şəki və Zaqatalaya gedirlər

Səfirlər Şəki və Zaqatalaya gedirlər

Aktual

27 İyun 2019, 10:41

İyunun 27-28-də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə regionların inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən 50-dən artıq diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Zaqatala rayonlarına tanışlıq səfərləri həyata keçirilir.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumat görə, səfər çərçivəsində xarici diplomatlar Şəki rayonunda “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğu, Xan Sarayı, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Yuxarı Karvansaray, “Şəki Şərab” Azərbaycan Sənaye Korporasiyası və Kiş kəndində qədim Alban məbədi ilə tanış olacaqlar.

 

Diplomatlar, eyni zamanda Zaqatala rayonunda “Heydər Əliyev Mərkəzi”, Tarix-Mədəniyyət qoruğu, Heydər Parkı, Dədə Qorqud Meydanı, Alban kilsəsi, Tarix-Diyarşünaslıq Muzeyi, eləcə də Fındıq emalı zavodu, “Azroze MMC” və “Azərtütün” MMC ilə tanış olacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?