Arxiv
27 İyun 2019, 11:49 | AKTUAL
“Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib

“Dünya irsi. Gənc Peşəkarlar Forumu”nun üçüncü iş günü iyunun 26-da Qobustan Milli Tarix-Bədii Qoruğunda davam edib.

 

Modern.az xəbər verir ki, forum UNESCO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib.

Tədbirin açılış mərasimində qonaqları salamlayan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev forumun işinə uğurlar arzu edib.
Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Ölkəmizin zəngin mədəni irsi haqqında məlumat verən Vüqar İsayev Qobustan qoruğunun da UNESCO-nun Dünya İrsi Siyahısına salındığını qeyd edib.

Forum iştirakçılarına ölkəmizdə olduqları müddətdə Azərbaycanın zəngin mədəni irsi ilə tanış olmaq üçün gözəl fürsət yarandığını diqqətə çatdırıb.

UNESCO-nun şəhər dizaynı və mühafizəsi kafedrasının professoru Maykl Turner forumun əhəniyyətindən danışıb. Qeyd edib ki, forum iki gün ərzində Azərbaycan Memarlıq və İnşaat Universiteti, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində keçirilib. Bu gün Qobustan Milli Tarixi-Bədii Qoruğunda, sabah isə Qəbələ-İsmayıllı-Lahıc bölgəsində baş tutacaq.

Vurğulayıb ki, sonda Forum iştirakçıları Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz Bəyannamələrini təqdim edəcəklər.

Tədbirdə çıxış edən Raymond Lemaire Beynəlxalq Qoruma Mərkəzinin prezidenti, professor Minja Yanq forumun işinin uğurla davam etdiyini bildirib. Qeyd edib ki, forum çərçivəsində əcnəbi və yerli irs ekspertlərin iştirakı ilə bir sıra təqdimatlar edilir, dəyirmi masalar təşkil olunur.

Minja Yanq “Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar” mövzusunda davam edən məruzələrdə çıxışını “Mədəni landşaftların qorunması” mövzusunda mühazirə ilə davam etdirib.

Sonra forum iştirakçılarının sualları cavablandırılıb.

Günün ikinci yarısında forum öz işini dəyirmi masa şəklində davam etdirib.

Həmçinin forum iştirakçıları üçün Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində tur təşkil olunub.

Qeyd edək ki, “Dünya irsi. Gənc Peşəkarlar Forumu” UNESKO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib. İyulun 2-dək davam edəcək forumunda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edir. Son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumunun builki mövzusu “Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar”a həsr edilib. Forumun ümumi məqsədi XIX əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Erməni terror təşkilatlarının 49 ildə qətlə yetirdikləri türk diplomatlar - SİYAHI 22 Oktyabr 2019, 19:44 60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 22 Oktyabr 2019, 19:33 Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı 22 Oktyabr 2019, 19:06 Fermerlər Şurasına yeni üzvlər qəbul olundu 22 Oktyabr 2019, 18:57 Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvündən İlham Əliyevə MƏKTUB   22 Oktyabr 2019, 18:49 “Kəllə qənd”ə mənşəyi bəlli olmayan maddə vururdular - REYD 22 Oktyabr 2019, 18:40 Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” ilə bağlı müzakirə aparıldı 22 Oktyabr 2019, 18:27 Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ 22 Oktyabr 2019, 18:19 Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib 22 Oktyabr 2019, 18:11 Qənirə Paşayevadan ÇAĞIRIŞ 22 Oktyabr 2019, 18:00 Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı 22 Oktyabr 2019, 17:52 Prezident yeni Baş Nazir müavinini qəbuluna ÇAĞIRDI 22 Oktyabr 2019, 17:42 Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı nədir? - VİDEO 22 Oktyabr 2019, 17:42 Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı 22 Oktyabr 2019, 17:38 Sabahın məzənnəsi açıqlandı... 22 Oktyabr 2019, 17:35 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi 22 Oktyabr 2019, 17:20 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir 22 Oktyabr 2019, 17:20 Mingəçevir su anbarında reyd keçirildi 22 Oktyabr 2019, 17:14 İlham Əliyevdən yeni SƏRƏNCAM 22 Oktyabr 2019, 17:11 “Azərsu” rəsmiləri vətəndaşları dinlədi 22 Oktyabr 2019, 17:11 İlham Əliyev macarıstanlı həmkarını təbrik etdi 22 Oktyabr 2019, 17:06 Azərbaycan karateçilərindən ETİRAZ: “Dövlətimizə qarşı çıxanların əməllərini pisləyirik” 22 Oktyabr 2019, 17:03 Mir Şahin Yardımlıdan Perinbel kəndinə yol çəkdiribmiş - VİDEO 22 Oktyabr 2019, 17:00 Prezident daha bir sərəncam İMZALADI 22 Oktyabr 2019, 16:40 Baş Nazirin yeni müavini Şahin Mustafayev kimdir? - DOSYE 22 Oktyabr 2019, 16:36 Universitetlər imkansız tələbələrə hansı güzəştləri edir? - “Tərcümeyi-halına baxıb...” 22 Oktyabr 2019, 16:34 Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən çıxarıldı, yeni posta gətirildi 22 Oktyabr 2019, 16:29 Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi 22 Oktyabr 2019, 16:22 Milli Məclisdə diaspor müzakirəsi: “Keyfiyyətcə yeni işlər görülür” 22 Oktyabr 2019, 16:17 İlham Əliyev Putinə başsağlığı verdi 22 Oktyabr 2019, 16:11 Türk ordusu terrorçuların bölgədən çıxışını təqib edir 22 Oktyabr 2019, 15:57 Ərdoğan bu gün Putinlə nədən danışdı… 22 Oktyabr 2019, 15:56 Bakı Mühəndislik Universitetində BDU-nun yubileyi qeyd olunub 22 Oktyabr 2019, 15:50 Dövlət Komitəsinin sədri TRT AVAZ-ın qonağı olub - VİDEO 22 Oktyabr 2019, 15:40 Daha bir universitetdə maaşlar artırıldı 22 Oktyabr 2019, 15:29