Modern.az

“BOKT-lar zəifləyib” – Komitə sədri

    “BOKT-lar zəifləyib” – Komitə sədri

Aktual

27 İyun 2019, 14:14

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bank olmayan kredit təşkilatları (BOKT) haqqında” qanuna dəyişikliklər I oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, müzakirələrdə çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər BOKT-lara nəzarətin zəiflədiyini bildirib.

 

“Qanuna ediləcək dəyişiklikər bu sahədə nəzarətin gücləndirilməsinə, lazımi tədbirlərin çevik və effektli tətbiq olunmasəna, sağlam korporativ idarəetməyə malik BOKT-ların formalaşmasına imkan verəcək.

 

Qanun layihəsində BOKT-ların inzibatçıları və təsisçiləri üçün vətəndaş qüsursuzluğu, inzibatçıların üçün isə attestasiya tələbi müəyyənləşdirilib”, - deyə deputat qeyd edib.

 

Daha sonra sənəd səsverməyə qoyularaq təsdiqlənib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar