Arxiv
27 İyun 2019, 15:11 | AKTUAL
65 yaşlı Qulu Məhərrəmli

Ziyalı ifadəsini hərə bir cür anlayır, bir cür izah edir. Məncə ziyalılıq heç də hakimiyyət uğrunda mübarizə aparmaqdan, hansısa siyasi partiyada təmsil olunmaqdan ibarət deyil. Heç bir təmənna güdmədən, yaşadığın cəmiyyəti narahat edən problemləri dilə gətirməyi, ictimaiyyətə doğru yol göstərməyi bacarmaqdır. İxtisasından asılı olmayaraq hər kəs ziyalı ola bilər. Yazıçı, şair, həkim, müəllim, mühəndis, aktyor və ya … 

Ziyalının ən böyük xidməti isə təfəkkürlərdə inqilaba vasitəçi olmaqdır. Axı insanların həyat tərzi, düşüncəsi, ictimai davranışı, yeniliklərə münasibəti dəyişməsə köhnə qaydalardan qurtulmaq çətindir. Avropada, Amerikada olduğu kimi Azərbaycan cəmiyyətinin də tərəqqisində ziyalıların rolu danılmazdır. Bu gün mən sizə onlardan biri, dörd aydan sonra 65 yaşını qeyd edəcəyimiz professor Qulu Məhərrəmli haqqında söhbət açmaq istəyirəm. Sözsüz ki, bütün ziyalılar kimi o da bir mənalı qarşılanmır. Ümumiyyətlə səhvləri deyən, problemləri qabardan, naqislikləri tənqid edən insanların sevənləri kimi, sevməyənləri də olur. Bunun isə bir səbəbi vardır- düz söz acı olar…

Jurnalistika ixtisasdır və hər bir ixtisasın arxasında insan faktoru dayanır. İnsanlar isə müxtəlifdir, qorxağı da var, cəsarətlisi də. Ola bilsin ki, başqa ixtisas sahiblərinə cəsarət anlamı elə də vacib deyil, amma jurnalistikada bu keyfiyyət kəm olanda qabarıq nəzərə çarpır…

O da cəmiyyətdə kifayət qədər cəsarətli jurnalist kimi tanınıb. Öz sözünü deməyi bacaran, hadisələri olduğu kimi qələmə alan yazarlardandır. Kiməsə yarınmaq, üzgörənlik, nədənsə çəkinmək ruhuna yaddır. Hər dəfə onun haqqında söz düşəndə- kişi kimi yaşayır, kişi kimi də alnıaçıq, üzüağdır- kəlmələrini eşitmişəm. Məncə, bu deyim jurnalistin yaradıcılığına verilən ən böyük dəyərdir…

Bəli, bir peşəkar kimi Azərbaycan jurnalistika tarixinə adı qızıl hərflərlə yazılıb. Adətən, ustadlar xəsis olur, peşəsini başqalarına öyrətməyə tələsmirlər. Bu baxımdan, Allah ondan səxavəti əsirgəməyib. Tələbələri kifayət qədərdir…

Qulu Məhərrəmli insan kimi də kamildir. Keçdiyi ömür yolunda gördüklərini saf-çürük edə bilib. Onların ən yaxşılarından dərs alıb. Yüksək insani dəyərləri özündə ehtiva edib. Və püxtələşdikcə zəmanəsinin görkəmli şəxsiyyətlərindən birinə çevrilib, ustadlar ustadıdır…


Yuxarıda qeyd etdiyim kimi dörd aydan sonra əməkdar jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmlinin 65 yaşı tamam olur. Necə deyərlər, 2019-cu il Azərbaycan jurnalistikasının inkişafında xidmətləri ilə xalqın ürəyində özünə yuva quran bu insanın yubiley ilidir. Dörd ay elə də uzun zaman deyil. Qoy ehtiramla qələmə aldığm bu kəlmələr Onun şəninə yazılacaq silsilə məqalələrə bir başlanğıc olsun!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan gimnastı Dünya Çempionatında 2 medal qazandı   21 İyul 2019, 14:25 Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır 21 İyul 2019, 14:17 UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə etdi 21 İyul 2019, 14:05 Bakı-Sumqayıt yolunda "Shacman" aşıb 21 İyul 2019, 13:53 Azərbaycan təmsilçiləri Avroliqaya təyinat alıblar   21 İyul 2019, 13:42 Üç güləşçimiz EYOF-un finalında   21 İyul 2019, 13:31 Şəmkirdə dəhşətli qəza - Sürücünün qolu amputasiya edildi  21 İyul 2019, 13:20 “Qarabağ”ın ÇL-də növbəti oyun üçün - HEYƏTİ 21 İyul 2019, 13:09 Bərdə bazarında 12 mağaza yanıb - Sahibkarlara yarım milyon ziyan dəyib  21 İyul 2019, 12:55 Sabah 41 dərəcə isti olacaq- Nazirlik məlumat yaydı 21 İyul 2019, 12:45 İranda güclü zəlzələ olub 21 İyul 2019, 12:32 “Qəbələ” – “Dinamo” oyununun hakimləri bəlli oldu 21 İyul 2019, 12:23 Ukraynalılar Bakıda səs verir 21 İyul 2019, 12:14 Azərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad Rəhimov 21 İyul 2019, 12:05 Qayınananın SON ARZUSU 21 İyul 2019, 11:54 Bu şirkət 500 min avtomobilini geri çağırır - Yanğın təhlükəsinə görə 21 İyul 2019, 11:44 Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi - Narkotikə görə 21 İyul 2019, 11:34 Elza Seyidcahan deputat olmaq istəyir 21 İyul 2019, 11:23 Erməni əsgərin postda meyiti tapılıb   21 İyul 2019, 11:10 Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTO 21 İyul 2019, 10:59 Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO 21 İyul 2019, 10:48 Tələbə köçürülməsi üçün qeydiyyat başa çatdı 21 İyul 2019, 10:37 Merkelin gəlirləri açıqlandı 21 İyul 2019, 10:26 Yolu keçən piyadanı avtomobil vurub öldürdü 21 İyul 2019, 10:10 Ermənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDU 21 İyul 2019, 09:55 Bərdədə bir-birinə bitişik mağazalar yanıb 21 İyul 2019, 09:43 İnsanı ağıllı edən 3 sadə hobbi 21 İyul 2019, 09:34 Nazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdi   21 İyul 2019, 09:25 Teymur Rəcəbov beynəlxalq turnirdə növbəti dəfə heç-heçə edib 21 İyul 2019, 09:13 XV Avropa Gənclər Olimpiya Festivalının ilk yarış günü - CƏDVƏL 21 İyul 2019, 09:00 Nəzarətsiz ərazidə çimən 9 nəfər xilas olundu 21 İyul 2019, 08:45 Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir   21 İyul 2019, 08:31 Türkiyə polisi 217 cinayətkarı saxladı 21 İyul 2019, 00:36 Polis gücləndirilmiş rejimə keçdi 21 İyul 2019, 00:16 Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır 21 İyul 2019, 00:03