Modern.az

Kimya zavodunda partlayış: 2 ölü

Kimya zavodunda partlayış: 2 ölü

Dünya

30 İyun 2019, 23:29

Çində kimya zavodunda partlayış olub. 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Benbu şəhərində yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində iki nəfər həlak olub.


Məlumata əsasən, təmirdə olan ehtiyat rezervuarında qalmış işçilərdən birini xilas etmə əməliyyatı zamanı partlayış olub.

Hadisə nəticəsində fəhlə və onu xilas etməyə gələn yanğınsöndürən yerində həlak olub, daha doqquz nəfər isə xəsarət alıb. Yaralananlar Benbu xəstəxanasına yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?