Arxiv
1 İyul 2019, 08:18 | ƏDƏBİYYAT
Yağışın rənglərini duyan xanım...

Dünyada yaşayan milyardlarla insandan biridir. Bəlkə də oxşar həyat tərzi olan milyonlarla bənzəri də vardır. Amma yazarların arasında özünəməxsus dəsti-xətti, bədii yaradıcılğı ilə fərqlənməyi bacaran tək-tək qələm adamlarındandır. 
Qapalı xanımdır, yalqız qalmağı xoşlayır. Xəyallarında özünə bir aləm də qurub. Kövrək duyğuların baş qaldırıb poeziyaya çevrildiyi bu aləmdə insanları heyrətləndirən çox şeirlər doğulub. İndiyədək həmin şeirlərə neçə-neçə mahnılar bəstələnib, sözləri dillər əzbəridir...

Sevənləri yetərincədir. Üz-üzə gələndə xoş kəlmələr deyənləri də az olmayıb. “Görəndə sevindiyim adam”, “Varlığı ilə dünyanı maraqlı edən insan” kimi ifadələr yadında qalanlarıdır. Sadə, təvazökar, mehriban insandır. Təkəbbür hissi ruhuna yaddır. Adamlara xoş söz söyləməyə, onları sevindirməyə tələsir…

Deyir ki,- “Tanrı məndən heç nəyi əsirgəməyib: Qüsursuz görkəm, sağlamlıq, savad, istedad. Ziayalı ailədə dünyaya gəlmişəm. Günlərim xoş keçib. Amma nədənsə mübariz olmamaqda özümü suçlayıram. Bəzən özümə sual verirəm ki, niyə ədəbiyyatçı yox, fizik oldum. Axı valideynlərimin tövsiyəsi ilə bu ixtisasa yiyələnsəm də, sonradan ikinci ali təhsil alıb, ədəbiyyatçı ola bilərdim. Bəlkə də indi yaxşı bir yazıçı idim, yəqin ki, xeyli əsərlərim də var idi”…

Ədəbiyyatı çox sevir. Hələ də bu ixtisasa yiyələnmədiyindən təəssüflənir. Etiraf edir ki, ədəbiyyatçı olmadığından öz xoşbəxtliyini yarımçıq hesab edir. “İnsanın sevdiyi ixtisasa yiyələnməsi və həmin ixtisas üzrə çalışması onun xoşbəxtliyidir”- söyləyir…

Yeniyetmə yaşlarından şeir yazır. Uzun illər mətbuatda çap olunsa da “Yağış yağır bu şəhərə” ilk şeirlər kitabı 1999-cu ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb. Yaratdığı poeziya nümunələri oxucuların zövqünü oxşadıqca, onu insanlara sevdirə bilib. Bu nümunələr, bəstəkarların da diqqətindən yan keçməyib. İİstedadlı bəstəkarımız Aygün Səmədzadə onun bir sıra şeirlərinə mahnılar bəstələyib. Və həmin mahnılar ona məşhurluq gətirib, ölkədə tanınan şairlərdəndir. Bəli, sözlərinə bəstələnmiş “Məktəb illəri”, “Bu dünyanı nağıl bilək”, ”Bakı haqqında nağıl”, ”Yada salma özünü” kimi mahnıları bu gün dillər əzbəridir…

Deyir ki,- “Payızın vurğunuyam. Bu fəsildə yarpaqlar rəngbərəng olur. Onlara tamaşa etməkdən yorulmuram. Yağış da həmçinin, çox sevdiyim təbiət hadisələrindəndir. Əslində yağış mənə bir rahatlıq gətirir. Yağış yağarkən dincəlirəm, yağışlı havada təbiət qoynunda gəzmək xoşuma gəlir. Mənim aləmimdə yağışın da öz rəngləri vardır. Baxanda şəffaf görünsə də, mən yağışı rəngləri ilə duyuram”…

Haqqında söhbət açdığım Kamalə Abiyeva Astara şəhərində müəllim ailəsində dünyaya gəlib. Uşaq olarkən ailəsi Bakıya köçüb. Orta təhsilini 52 nömrəli məktəbdə başa vurub. Sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində ali təhsilə yiyələnib. 1980- ci ildən Bakının Yasamal rayonundakı 31 nömrəli tam orta məktəbdə müəllim işləyir. ”Qabaqcıl təhsil işçi”sidir. Pedaqoji fəaliyyətiylə yanaşı bədii yaradıcılıqla da məşğul olur. Beşdən çox kitabın müəllifidir…

Bəli, musiqi sərhəd tanımır. Ecazkar Azərbaycan musiqisinin qanadlarında Amerikaya gəlib çatan mahnılarımız arasında onun da sözlərinə bəstələnənləri az deyil. Daha doğrusu, burada yaşayan yüz minlərlə soydaşımızın böyük əksəriyyəti bu mahnıları sevə-sevə dinləyir.
Yeri gəlmişkən, on iki gündən sonra, iyulun 13-də yaradıcılığı ilə ürəklərdə yuva qurmuş Kəmalə xanımın doğum günüdür. Onu Amerika Birləşmiş Ştatlarından salamlayır, Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

 

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq 24 Oktyabr 2020, 10:07 Düşmənin zərbə pilotsuz uçuş aparatı ZƏRƏRSİZLƏŞDİRİLDİ 24 Oktyabr 2020, 10:00 Azərbaycanın Böyük Britaniyadakı səfiri növbəti videobrifinq keçirib  24 Oktyabr 2020, 09:54 Neft yenidən ucuzlaşdı 24 Oktyabr 2020, 09:47 Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA 24 Oktyabr 2020, 09:40 Bolqarıstanın Baş naziri özünü izolyasiya etdi 24 Oktyabr 2020, 09:33 Bakıda kişi arvadını qətlə yetirib, intihara cəhd etdi 24 Oktyabr 2020, 09:25 Bakıda minik avtomobili yanıb 24 Oktyabr 2020, 09:20 Ceyhun Bayramov ABŞ-da azərbaycanlılarla görüşdü 24 Oktyabr 2020, 09:15 Paytaxtda siqaret yanğına səbəb oldu 24 Oktyabr 2020, 09:07 Bakının küçələri yenidən dezinfeksiya edilir - FOTOLAR 24 Oktyabr 2020, 09:00 “Ermənistanın atdığı “Smerç” yaşayış evinin həyətinə düşüb” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 08:38 Cəbhədə ağır döyüşlər davam edir - vacib yüksəkliklər azad edildi 24 Oktyabr 2020, 08:01 Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirdi 24 Oktyabr 2020, 07:52 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq 24 Oktyabr 2020, 07:43 Ceyhun Bayramov Nensi Pelosi ilə Qarabağ münaqişəsini müzakirə etdi 24 Oktyabr 2020, 07:32 Azərbaycanın Xarici İşlər naziri həmsədrlərlə görüşdü 24 Oktyabr 2020, 06:42 Cəbhə gündəliyi: 23 oktyabrda nələr oldu... 24 Oktyabr 2020, 02:06 Fransa və Almaniyada yaşayan ermənilər Qarabağa yardım adı ilə silah göndərir - FOTO 24 Oktyabr 2020, 02:04 “İrəvan Moskvanı münaqişəyə cəlb etmək istəyir” - Mustafa Şentop 24 Oktyabr 2020, 00:59 “Trampın Qarabağla bağlı hansı irəliləyişdən danışdığını bilmirik” - Kremldən açıqlama 24 Oktyabr 2020, 00:48 Türkiyədə COVID-19-a yoluxanların sayı artır 24 Oktyabr 2020, 00:32 Akar NATO nazirləri ilə danışdı: “Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir” 24 Oktyabr 2020, 00:20 “Ermənistanla müharibəyə bu əsasda son qoyula bilər” - Ceyhun Bayramov 24 Oktyabr 2020, 00:07 Aviasiyamız düşmənin artilleriya bölmələrini darmadağın etdi - VİDEO 23 Oktyabr 2020, 23:54 “Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana xəbərdarlıq 23 Oktyabr 2020, 23:46 Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşdü 23 Oktyabr 2020, 23:38 Düşmənin könüllü dəstələri və texnikası belə məhv edildi – VİDEO 23 Oktyabr 2020, 23:29 Türk futbolçu koronavirusa yoluxdu 23 Oktyabr 2020, 23:14 Azərbaycan PUA-ları Ermənistan üzərində uçmur - RƏSMİ 23 Oktyabr 2020, 23:00 Dövlət Departamentindən Qarabağ danışıqları barədə AÇIQLAMA 23 Oktyabr 2020, 22:54 Koronavirusa yoluxmada yeni rekord 23 Oktyabr 2020, 22:49 “Arsenalımızda kifayət qədər zirehli texnikamız var” - Müdafiə Nazirliyi 23 Oktyabr 2020, 22:34 Azərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - VİDEO 23 Oktyabr 2020, 22:29 İran ABŞ diplomatlarına qarşı sanksiya tətbiq etdi 23 Oktyabr 2020, 22:15