Arxiv
2 İyul 2019, 16:42 | MEDİA
Jurnalların bazarı niyə “öldü”?..

XX əsrin sonu  XXI əsrin əvvələrində jurnallar media bazarında xüsusi yer tuturdu. Kütlənin maraq dairəsinə uyğun ixtisaslaşmış jurnallar digər mətbu orqanlar içərisində xüsusilə fərqlənirdi.

 

Lakin son illər jurnallar digər media orqanlarına nisbətdə öz aktuallığını itirib. Bir dövrün xüsusi marağına səbəb olan və yayımlanması səbirsizliklə gözlənilən jurnalların oxucu auditoriyasının azalamasında səbəb nədir? Mövzu qıtlığı yoxsa bilavasitə olaraq insanların  bu çap orqanına olan biganəliyi?


Bu barədə media nümayəndələri Modern.az-a danışıblar.

 

Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs bildirib ki, ixtisaslaşmış jurnallara tələbat var, sadəcə insanlar onların fərqində deyillər:

“Geniş oxucu kütləsi bir çox jurnalların varlığından xəbərsizdir. Məsələn, fəlsəfə doktorları haqda ildə bir neçə dəfə yazılar çap edilməlidir. Onların çap olunduğu AMEA-nın ayrıca jurnalları var. Bu elmi jurnallar da kütləvi çap olunmur, onları yalnız alimlər əldə edə bilirlər. Yadımdadır, 30 il əvvəl belə elmi məqalələr “Elm və həyat” jurnalında dərc olunurdu və jurnal da kütləvi çap edilirdi. Əvvəllər “Azərbaycan”, “Qobustan” kimi jurnallar  10min tirajla çap edilirdisə, indi o rəqəmdən əsər-əlamət qalmayıb. Bunun da səbəbi odur ki, əvvəllər mətbu orqanlar çox az idi. İnsanlar da informasiyanı bir neçə əsas mətbu orqandan alırdı ki, onların da içində ən azadı ədəbi orqanlar idi. “Azərbaycan gəncləri” qismən ədəbi publisistik olduğu üçün ona maraq daha çox idi. “Azərbaycan”, “Qobustan”, “Ulduz” jurnallarında din, etimologiya, xalq yaradıcılığı ilə bağlı yazılar gedirdi. Həmin dövrün populyar ədibləri çap olunur, qalmaqallı məsələlərə jurnlalarda yer verilirdi”.


Qulu Ağsəs deyir ki, məcburi abunə yolu ilə jurnalların tiraj  sayını çoxaltmaq mümkündür:

“Sovet dövründə rayon-partiya təşkilatlarına tapşırılırdı ki, jurnallara abunə yazılsın. Məcburi abunə də tirajların artmasına gətirib çıxarırdı. İndinin özündə də bu prinsiplə tirajı çox olan jurnallar var. Məsələn, Qazaxıstanda  “Yıldız” jurnalı məcburi abunə yolu ilə çoxsaylı tirajla yayımlanır. Yuxarı təşkilatlar məktəb, xəstəxana və başqa qurumlara tövsiyyə edirlər ki, bu tip jurnallara abunə olsunlar.  Hazırda bizim “Ulduz” jurnalına  abunə olmaq könllüdür. Rayonlarda demək olar ki,  jurnala abunə olan yoxdur. Bakıda da aylıq 2 manat ödəməklə abunə olmaq  mümkündür. Jurnalların tirajının aşağı düşməsində əsas səbəblərdən biri də müəlliflərin sosial şəbəkələrdə, sosial mediada yazılarını paylaşmasıdır. Jurnal çap olunduqdan bir həftə sonra saytlarda jurnallar tam versiyası ilə yerləşdirilir. Bütün bunlar isə  jurnalın əhəmiyyətin azaldıb, işinə kölgə salmır. Jurnallara daha çox maliyyə ayrılsa, kütləviləşməsində böyük rol oynayar”.

 

Media eksperti Arif Əliyev qeyd edir ki, indi geniş kütləni maraqlandıra biləcək jurnal yoxdur:

“Çap mediasının bazarı xeyli dərəcədə daralıb, xüsusilə də jurnalların. 90-cı illərin sonu 2000-ci illərin əvvələrində jurnal bazarı Azərbaycanda birdən-birə sürətlə genişləndi. Hətta bir müddət öz reklam gəlirlərinə görə jurnallar qəzetləri də üstələdi. Sonrakı dövrlərdə jurnalların qəzetlərdən daha çox maliyyə və reklam bazarı tələb etməsi jurnal bazarına ciddi zərbə vurdu. İndi satışda  üstünlük təşkil edən jurnallar qlamur jurnallardır.  Bu tip jurnallar da  yüksək təbəqə üçün nəzərdə tutulub. Geniş kütləni maraqlandıra biləcək ictimai-siyasi mövzulu jurnallar hazırda Azərbaycanda mövcud deyil”.

Uzun müddət “Azərbaycan qadını” jurnalının redaktor assistenti olmuş jurnalist  Laura Cəbrayıllı  isə deyir ki, son vaxtlar ənənəvi çap materiallarına maraq xeyli artıb:

“Texnoloji inkişafın həyatımıza gətirdiyi son yeniliklər  insanları dərhal cəlb etdi. Amma necə deyərlər, bu xına o xına deyildi, “Feysbuk”, “Votsap” yazışmaları  insanların mənəvi aclığını, ruhi tələbatını ödəmədi. Ona görə də bu gün dünyada yenidən kitablara qayıdış müşahidə edilir. Elə bizim gənclərimizi də yolda, ictimai nəqliyyatda mütaliə  edən görürük. Jurnal oxumaq, yeni saylarını izləmək  həvəsi də geri dönür. Çünki kitabı, jurnalları özünlə rahat götürə, istədiyin vaxt mütaliə edə bilirsən. Məncə, indi elmi-kütləvi nəşrlərin zamanıdır. Yəqin ki, bu sırada növbəti dönüş qəzetlər olacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
23 iyul tarixinin nə günahı var? 23 İyul 2019, 00:45 Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27 Prezident həmkarını təbrik edib 22 İyul 2019, 18:18 Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı - FOTO   22 İyul 2019, 18:09 “Nar” yarışma keçirdi 22 İyul 2019, 18:00 Lənkəranda tank əleyhinə mina aşkarlanıb - FOTO 22 İyul 2019, 17:50 "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır" - Ceyhun Bayramov 22 İyul 2019, 17:42