Arxiv
3 İyul 2019, 12:53 | MEDİA
AzTV iddialara cavab verdi: “Rövşən Məmmədovun qohumu deyil”

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) son vaxtlar bəzi saytlarda və sosial şəbəkədə yayılan məlumatlara aydınlıq gətirib.

Modern.az saytı Report-a istinadən xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov bildirib ki, Azərbaycan Televziyası ilə bağlı bu yazılar və iddialar barədə kanalda sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədova qarşı tərəfin mövqeyinin öyrənilməsi, yaxud aydınlıq gətirilməsi üçün heç bir zəng olmayıb:


“Həmin yazılar çoxsaylı qrammatik səhvləri, primitiv cümlə quruluşları, bəsit və birtərəfli yanaşması ilə müəllifin hansı bacarığa, səviyyəyə malik olduğunu açıq şəkildə ortaya qoyur. Amma nə edəsən, jurnalistikada belələrinə də rast gəlinir. Yazılarda müəllif qeyd edir ki, “məsələ ilə bağlı AzTV sədri Rövşən Məmmədovun telefonuna etdiyimiz zənglər cavabsız qaldı”. Özünü qələm əhli hesab edən müəllif hələ bilmir ki, hər hansı məsələ ilə bağlı qarşı tərəfin, bu halda isə təşkilatın fikrini öyrənmək üçün həmin qurumun rəhbərinə deyil, İctimaiyyətlə əlaqələr şöbəsinə zəng etmək lazımdır. Halbuki, nə kanalda sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədova, nə də Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi mənə belə zəng gəlməyib".


Kanalda verilişlərin bağlanması iddiası ilə bağlı bildirilib ki, nəinki AzTV-də, həmçinin Mədəniyyət və İdman kanallarında onlarla veriliş bağlanılır və yeniləri açılır:


"Azacıq televiziya anlayışı olan və ya ümumiyyətlə, TV-yə baxan istənilən şəxs gözəl bilir ki, hər hansı verilişin, xüsusən də mövsümün sonunda bağlanması, yaxud açılması istənilən media qurumunun daxilində baş verən normal prosesdir. İstənilən kanal tamaşaçı marağına cavab vermək və baxımlı olmaq üçün bu addımı atır və atmalıdır. Yaxşı, əgər verilişlərin bağlanması kimlərisə narahat edirsə, o zaman yeni verilişlərin adları niyə çəkilmir? Qeyd edilən 24 bağlanan verilişin əvəzinə həftə içi 5 gün yeni studiyadan, yeni formatda efirə gedən “Əsas Məsələ” siyasi tok-şousu ilə yanaşı, bu verilişlər efirə gedir:

  • Kitab klubu (AzTV)
  • Milli istehsal (AzTV)
  • Gün başladı (AzTV)
  • Sağlam ol (AzTV)
  • Uğur düsturu (AzTV)
  • Texnoxəbər (AzTV)
  • Tarixin izi ilə (AzTV)
  • Məmləkətim (AzTV)
  • Günellə səyahət (AzTV)
  • Təhsil üçbucağı (AzTV)
  • 11.Nəsillərin debatı (AzTV)

    12.“Rakurs” (AzTV)

  • Ağ-qara (AzTV)
  • 14.Gəncsən (AzTV)

    15.Gənclik stansiyası (AzTV)

    16.Döyüşçü (AzTV)

    17.Vətənə xidmət (AzTV)

    18.Telesəhər (AzTV)

  • İrfan səması (Mədəniyyət TV)
  • 20.Şirin yuxular (Mədəniyyət TV)

    21.Torpağın sirri (Mədəniyyət TV)

    22.Səhərçağı (Mədəniyyət TV)

    23.Teleafişa (Mədəniyyət TV)

  • Peloton (İdman Azərbaycan)
  • Legioner mətbəxi (İdman Azərbaycan)
  • Ay-ulduzlu liqa (İdman Azərbaycan)
  • 27.Transfer gündəmi (İdman Azərbaycan)

  • Sabahın ulduzları (İdman Azərbaycan)
  • 29.Döyüşçü klubu (İdman Azərbaycan)

    30.Döyüş zonası (İdman Azərbaycan)

    31.Tur de Stad (İdman Azərbaycan)


    Bütün bu verilişlər, “Xəbərlər” informasiya buraxılışlarının sayının artırılması, yeni studiyası, canlı bağlantılar, təqdim olunan rəngarəng sujetlər, şənbə reportajları, televizyanın nəzdində fəaliyyət göstərən "Azərbaycantelefilm"in işinin bərpası, çəkilşinə start verilən teletamaşalar, bədii televiziya filmləri, sənədli oçerklər ( Nəsiminin 650 illiyinə həsr olunan “Sonuncu gecə” filmi, “Gül dedi bül-bülə”, “Zəng” kimi teletamaşalar), həmçinin kanalın rebrendinqi, təbliğat və sosial xarakterli müxtəlif videoçarxlar, eləcə də müxtəlif istiqamətlərdə təşkil olunan müsabiqələr (Muğam müsabiqəsi, Nəsimi şerləri üzərində qurulmuş bədii qiraət müsabiqəsi, vokal müsabiqəsi və s.) cəmi 5 ay ərzində reallaşdırılan layihələrdir. Xüsusən qeyd etmək istəyirik ki, açılan yeni verilişlərin heç biri yazılan kimi “prodakşn” verilişlər deyil. Bu layihələrin hər birini AzTV, Mədəniyyət və İdman Azərbaycan kanallarının əməkdaşları hazırlayır. Bu layihələrin hər birinə görə, həmin əməkdaşların qonorarı 2, bəzi hallarda 3 dəfə artıb. Proses davam edir. Əlbəttə, yeni və kreativ proyektlər yeni işçi heyəti də tələb edir ki, bu gün sıralarımıza TV sahəsində öz sözünü deyən peşəkar əməkdaşlar cəlb olunur. Onlar arasında Lider TV ilə yanaşı, müxtəlif kanalların əməkdaşları da var. Üstəlik, kanalda fəaliyyət göstərən TV Akademiyasının məzunları bu gün bizimlə əməkdaşlıq edir".


    M.Aslanov qeyd edib ki, sosial şəbəkələrdə, əsasən də naməlum profillər və bəzi şəxslər tərəfindən ən azı bir il əvvəl efirdə buraxılmış hər hansı texniki səhvi “bu günün səhvi” kimi təqdim olunmasının özü qərəzin ən yüksək həddindən xəbər verir:


    "Rəqəmlərin dili ilə desək, son 6 ayda ümumilikdə 230 nəfər işlə təmin olunub. Məlumat üçün deyim ki, onların heç biri Rövşən Məmmədovun qohumu deyil. Əlbəttə, müxtəlif səbəblər üzündən işdən azad olunanlar da var və bu normal prosesdir. Üstəlik, son 6 ayda TV-də təxminən 442 nəfərin əmək haqqı, 70 faiz əməkdaşın qonorarı artırılıb. Həmçinin, yeni texniki avadanlıqlar alınır, müasir studiyalar tikilir, iş şəraiti yaxşılaşdırılır və s. Deməli, bəzi saytlarda AzTV-də kütləvi ixtisarlar və ya əməkdaşların maaşsız qalması ilə bağlı yer alan yazılar da əsassızdır.

    Onu da əlavə edək ki, TV-də kadr məsələsi yazıldığı kimi Zemfira Əliyevaya həvalə olunmayıb. AzTV-nin Kadrlar və xüsusi işlər departamentinin rəhbəri İlhamə Hüseynovadır və onun da hər hansı qohumu TV-də çalışmır.

    Maliyyə məsələsinə gəlincə, TV-də maliyyə işinə necə həssas yanaşıldığını sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədovun fəaliyyətinin ilk günündən, xüsusən bu sektorda aparılan kadr islahatlarından da aydın görmək olar. Əlavə olaraq onu da qeyd edək ki, iyulun 1-dən kanalda Audit departamenti fəaliyyət göstərir. Qurumun məqsədi sırf maliyyə sahəsində mövcud neqativləri aşkarlamaq və vaxtında qarşısını almaq, TV daxilində tam şəffaflığa nail olmaqdır.

    Nəhayət, biz dəfələrlə demişik, həmkarlarımız AzTV-də aparılan islahatlar, atılan addımlarla bağlı hər hansı məlumat əldə etmək istəyirsə TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət edə bilərlər. Amma təəssüflər olsun ki, son zamanlar buna rast gəlmirik".

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    İsmayıllıda yas mərasimində ev uçdu: 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03 5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00 Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilotun xanımı - DOSYE 25 Avqust 2019, 11:37 ABŞ-da sualtı kitabxana açılıb   25 Avqust 2019, 11:19 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30 Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00 Qubadakı yanğın məhdudlaşdırıldı 25 Avqust 2019, 09:45 Mövqelərimiz atəşə tutuldu 25 Avqust 2019, 09:30 Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib   25 Avqust 2019, 09:15 Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR 25 Avqust 2019, 09:00 Rusiyada azərbaycanlı bloqer SAXLANILDI 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12