Modern.az

Fransada senatorlar imzatoplama kampaniyasına başladılar

Fransada senatorlar imzatoplama kampaniyasına başladılar

25 Yanvar 2012, 11:44

Deputatlar Senatda qəbul olunan qanunun əleyhinə çıxdıqlarından Konstitusiya Məhkəməsinə müraciət edəcəklər 

Yanvarın 23-də Fransa Senatında qəbul edilən uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun prezident Nikolas Sarkozi tərəfindən təsdiqləməməsi üçün etiraz kampaniyası başlayıb. Fransa prezidentinin qanun 15 gün içində imzalayacağı gözlənilir.

Modern.az saytı Türkiyə kütləvi informasiya vasitələrinə istinadən bildirir ki, respublikaçı və mərkəzçi birlik qrupuna daxil olan senator Nathalie Gouler qanuna etiraz etmək üçün imza kampaniyasına başladıqlarını deyib. Onun fikirincə gələcək günlərdə kifayət qədər imza toplanılmasına nail olacaqlar. Avropa Sosial və Demokratiya Birliyi Qrupunun da qanuna etiraz üçün Konstitusiya Məhkəməsinə gedilməsinə tam dəstək verəcəyi istisna olunmur. Bu məhkməyə müraciət edilməsi üçün etiraz sənədini 60 deputatın imzalaması lazımdır.

İqtidar partiyası Xalq Hərəkatı Birliyindən olan iki millət vəkilinin də imza kampaniyasına qoşulacağı bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi