Modern.az

Azərbaycan qazı TANAP kəməri üçün hazır vəziyyətə gətirilib - Deputat ŞƏRHİ

Azərbaycan qazı TANAP kəməri üçün hazır vəziyyətə gətirilib - Deputat ŞƏRHİ

Aktual

4 İyul 2019, 12:44

Azərbaycan qazının Avropaya nəql edilməsi üçün TANAP qaz boru kəməri hazır vəziyyətə gətirilib.

Bu barədə Modern.az-a danışan deputat Eldəniz Səlimov bildirib ki, Azərbaycan qazının Avropaya nəql edilməsi ilə ölkəmizin gəlirləri artacaq, iqtisadiyyatımız daha da möhkəmlənəcək, əhalinin rifah halının yaxşılaşaması üçün sosial layihələr həyata keçirilməsi davam edəcək:

"Neft və qaz layihələrindən gələn gəlir şaxələnmiş iqtisadiyyatı daha da inkişaf etdirəcək, yeni-yeni istehsal sahələri, sənaye müəssisələri, aqroparklar, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına istiqamətləndirilir. TANAP layihəsinin başa çatması başda Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyıb Ərdoğan olmaqla iki qardaş xalqın möhtəşəm uğurudur. Ölkəmizdə həyata keçirilən beynəlxalq neft və qaz layihələrinin həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyinə böyük töhfə veriləcək. Əldə olunan iqtisadi nəticələr ölkəmizin həm iqtisadi, həm də siyasi mövqeyini daha da möhkəmləndirir, beynəlxalq nüfuzunu artırır".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür