Modern.az

“Ermənistan Rusiya üçün “qulpsuz  çamadan” rolunu oynayır” - Deputat

“Ermənistan Rusiya üçün “qulpsuz  çamadan” rolunu oynayır” - Deputat

Aktual

5 İyul 2019, 12:43

"Ermənistanın yeni hakimiyyəti özünə hələ də mövqe seçmədiyi üçün ölkəsini çətin vəziyyətə salıb".

 

Bu barədə Modern.az-a deputat Eldəniz Səlimov danışıb. Onun fikrincə, rəsmi İrəvan Rusiya Federasiyası ilə normal əlaqə yaratmaq istəsə də buna nail ola bilmir:

"Paşinyanın mövqesiz  olduğunu bilən Rusiya bu münasibətlərə diqqət yetirmir. Təkcə Rusiyanın Ermənistana satdığı qazın qiymətinin qaldırması Ermənistanın çətin vəziyyətdə yaşayan əhalisinin daha da vəziyətini birazda çətinləşdirdi. Ermənistan rəhbərliyi “Qazprom” la apardığı uzun müddətli danışıqlar nəticəsiz qalmışdır. Paşinyanın hələki başı Koçeryan, Sarkisyanlara qarışdığı üçün ölkədə hökm sürən hərcmərclik və hakimiyyətsizlik Paşinyanın bir daha küçə lideri olduğunu sübut edir. Qonşu Gürcüstanda baş verən son hadisələr  Ermənistanı da təşvişə salıb. Ermənistan rəhbərliyi qorxur ki, Rusiya ilə aralarındakı yeganə nəqliyyat dəhlizi Gürcüstan ərazisinə keçdiyi üçün müəyyən problemlər yarada bilər. Əgər belə olarsa, onda Ermənistanda vəziyyət yenidən qarışar və Paşinyan hakimiyyəti də təhlükə altında qalar.

 

Ermənistan Rusiya üçün çətin daşınan “qulpsuz  çamadan” rolunu oynayır. Rusiyanın Ermənistana üz çevirməsi Ermənistan hökümətinin mövqeyində asılıdır. Əgər Paşinyan bir ağıla qulluq edərsə, Rusiyanın münasibəti də ona qarşı o cür dəyişər".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar