Modern.az

Deputat Diaspor Komitəsinin təşəbbüsünü bəyəndi: “Gəncləri silahlandırmalıyıq” 

Deputat Diaspor Komitəsinin təşəbbüsünü bəyəndi: “Gəncləri silahlandırmalıyıq” 

Aktual

5 İyul 2019, 12:45

8-14 iyul tarixlərində Şamaxı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə Diaspor Gənclərinin II Yay Düşərgəsi keçiriləcək. Düşərgədə 51 ölkədən 120 azərbaycanlı gənc iştirak edəcək.

Milli Məclisin deputatı Asim Mollazadə Modern.az-a açıqlamasında bu düşərgənin əhəmiyyətindən danışıb. O bildirib ki, Diaspor Gənclərinin Yay Düşərgəsi alqışalayiq layihədir:


“Xaricdə yaaşayan Azərbaycan gənclərini səfərbər etməliyik. Çünki Azərbaycan  müharibəni təkcə səngərdə deyil, həm də informasiya ilə aparır. Azərbaycanı sevən hər bir azərbaycanlı “informasiya müharibəsi”ndə iştirak etməlidir. Yaşadıqları ölkələrdə Azərbaycanın mənafeyini müdafiə etməli və “informasiya müharibəsi”ndə bizə qarşı mübarizə aparan dövlətlərlə döyüşməlidir”.

 

Deputat deyib ki, belə tədbirlər davamlı olmalıdır:

“Bir kampaniya ilə bu cür ciddi müharibədə iştirak etmək çətindir. Biz Azərbaycan gənclərini yeni biliklərlə silahlandırmalıyıq, onların strategiya müəyyənləşməlidir. Bilməlidirlər ki, hansı sahadə Azərbaycanı necə müdafiə etmək lazımdır. Onlar yaşdıqları ölkələrin ictimai-siyasi sisteminə inteqrasiya olunaraq azərbaycanlı mövqeyi nümayiş etdirməlidirlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi