Modern.az

Azərbaycanın xaricdə 183 diplomatik korpusu var

Azərbaycanın xaricdə 183 diplomatik korpusu var

5 İyul 2019, 13:05

Azərbaycan hazırda 183 xarici ölkə ilə diplomatik əlaqələrə malikdir.

Modern.az xəbər verir ki,  bu barədə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimat mərasimində məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu, 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi fəaliyyətdədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi