Modern.az

Finlandiyada yaşayan gənc diaspor fəalı: “Azərbaycandan böyük təcrübə ilə qayıdacam”

Finlandiyada yaşayan gənc diaspor fəalı: “Azərbaycandan böyük təcrübə ilə qayıdacam”

Diaspor

5 İyul 2019, 14:59

Diasporla İş üzrə Dövlət Komitəsi ikinci ildir ki, xaricdə yaşayan azərbaycanlı gənclər üçün düşərgə təşkil edir. Diaspor Gənclərinin Yay Düşərgəsi birinci dəfə Şəkidə keçirilib və orada 37 ölkədən 140 soydaşımız iştirak edib. Diaspor Gənclərinin II Yay Düşərgəsi bu il iyulun 8-dən 14-nə kimi Şamaxı şəhərində olacaq. Birinci düşərgə Cümhuriyyətin 100 illiyinə, ikinci isə böyük Azərbaycan şairi Nəsiminin 650 illiyinə həsr olunub. Bu il düşərgədə 50-dən çox ölkədən 100-dən çox diaspor gənci iştirak edəcək. ABŞ, Almaniya, Avstriya, Avstraliya, Belçika, Çili, Əfqanıstan, Finlandiya, Fransa, Gürcüstan, İndoneziya, İngiltərə, İordaniya və digər ölkələrdən olan azərbaycanlı gənclər bu il Şamaxıda görüşəcəklər.
 Onların arasında müxtəlif ixtisas sahibləri və yaşadıqları ölkələrdə uğur qazanan gənclər var.

Finlandiyanın paytaxtı Helsinkidən “Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsi üçün Azərbaycana gələn Finlandiya-Azərbaycan Gənclər Birliyininin təsisçisi Nəzrin Məcidli təssəüratlarını Modern.az-la bölüşüb.

 

Nəzin Məcidli bildirib ki, 8 ilə yaxındır ki, Finlandiyada yaşayır:

“Orada təhsil alıb, öz ixtisasım üzrə çalışıram. Əvvəllər Findandiyanın Lahti şəhərində yaşamışam. Orada yaşadığım müddət ərzində finli gənclərlə sıx əlaqədə olub, Azərbaycanın mədəniyyətini, ədəbiyyatını əlimdən gəldiyi qədər tanıtmağa çalışmışam. 2016-cı ildə Azərbaycan Gənclər Birliyini təsis etmişəm. Hazırda Helsinki şəhərində yaşayıram”.

 

Gənc diaspor fəalı bildirib ki, Azərbaycanda keçiriləcək Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak hüququ qazandığı üçün özünü şanslı hesab edir.

 

“Düşünürəm ki, böyük təcrübə toplayıb Finlandiyaya qayıdacam və yeni dostlar qazanacam”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür