Arxiv
8 İyul 2019, 12:42 | ƏDƏBİYYAT
Hər kəs öz taleyini yaşayır - Gülhüseyn Kazımovu necə tanıyırsınız...

İnsanlar oxşar həyat tərzi keçirsələr də, barmaq izləri təki bir-birini təkrarlamırlar. Necə deyərlər, bu dünyada kimsə kimsəni əvəz edə bilmir. Hər kəs bir fərd olaraq fərqli ömür yaşayıb, öz təyinatını icra edir. Onun da öz təyinatı vardır, varlığına biçilən taleyi yaşayır…


1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində doğulandan üzü bəri çox uzun yol keçib. Dörd ali təhsilə yiyələnib. Muzey işçisi də olub, redaktor da işləyib, dövlət qulluğunda da çalışıb. Üstəlik dövri mətbuatda xeyli elmi-publisistik yazıları da çap olunub. Filologiya elmləri namizədidir…


Deyir ki, hara getsə də filologiya, jurnalistika sahəsində qazandığı təcrübə həmişə əlindən tutub.


“10 il Nazirlər Kabinetinin redaktə qrupunun rəhbəri işlədim, hökumət sənədlərinin dil-üslubuna, orfoqrafiyasına baxırdıq. Bir neçə il Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparat rəhbəri işlədim, orada da təxminən bu işlərlə məşğul idim, sənədlərin tərtibatı, sənəd dövriyyəsi, ərizə və şikayətlərə baxılması, kollegiyaların keçirilməsi və s. Reyestr Xidmətində işlədiyim müddətdə mülkiyyət hüquqlarının qediyyatı haqqında qanunvericiliyi, torpaq qanunvericiliyini mənimsədim, bizim qanunvericiliyə görə əmlak üzərində olduğu torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qediyyata alınır, bunları öyrənməsəydim, nə işçilərlə, nə də müraciət edən şəxslərlə işləyə bilərdim. Xidmətdə çalışdığım müddətdə Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı tarixi ilə bağlı da müəyyən araşdırmalar aparmışam. Milli arxivimizdə bu sahədə xeyli bəlgələr var. Gözəl bir doktorluq işinin mövzusudur, həvəs göstərib yazan olsa, kömək etməyə hazıram. Mülkiyyət hüquqlarının tarixi xalqımızın ümumi tarixinin ayrılmaz tərkib hissəsidir. Bu sahənin tədqiqinə çox ciddi ehtiyac var.
Ümumiyyətlə, mən təbliğatçı olmuşam, təbliğatçı qulluq etdiyi dövrün, zamanın ideologiyasını təbliğ etməlidir. Təbliğatçı bir günə yetişmir, nəyisə təbliğ etməyin özü də böyük bir istedaddır. Təbliğ edən təbliğ olunanı inandıra bilmirsə demək təbliğatçı deyil. Ona görə işlədiyim illərdə çalışmışam ki, təbliğatı elə aparım ki, insana yönəlmiş təbliğat olsun”…


...Ömür-gün yoldaşı Validə Kazımova Beynəlxalq Muğam Mərkəzində redaktor işləyir. Üç övladı var. Böyük oğlu Orxan 40, ortancıl oğlu Elkin 35, üçüncü oğlu Erkin isə 25 yaşındadırlar...


Haqqında söhbət açdığım şair, yazıçı, ictimai xadim Gülhüseyn Kazımov çox işgüzar adamdır. Yaşı yetmişi haqlasa da bir yerdə dayanmağı xoşlamır. Necə deyərlər, civə kimi qaynayır. Son illər özünü Azərbaycan musiqisinin şahı- muğama həsr edib. Tez-tez korifey muğam ustalarının həyat və yaradıcılığına həsr olunmuş tədbirlər təşkil edir. Doğrudur, bu tədbirləri Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində icra etsə də, amma böyük ürəklə, xüsusi həvəslə həyata keçirir. İndiyədək Bülbülcanın, Seyid Şuşinskinin, Hacıbaba Hüseynovun, Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, məşhur qarmon ifaçıları Kor Əhədin, Teyyub Dəmirovun və s. sənətkarların həyat və yaradıcılığına həsr olunmuş musiqili gecələr təşkil edib. Onların arasından Kor Əhəd və Bülbülcan haqqında iki kitab da ərsəyə gətirib…


1978-ci ildən üzü bəri ona yaxın həm nəsr və həm də nəzm kitabı işıq üzü görüb. Şeirlərinə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar mahnılar da bəstələyib. Bu mahnıları İlhamə Quliyeva, Təranə Vəlizadə, Baba Mahmudoğlu, Flora Kərimova və başqa tanınmış sənətçilər ifa edib…


Marqlı insandır. Səyahət etməyi xoşlayır. İndiyədək otuza yaxın Avropa, Amerika, Asiya ölkələrində səfərdə olub. Klassiklərin əsərlərini mütaliə etməkdən zövq alır. Muğamın vurğunudur. Dinlədikcə vəcdə gəlir, gözləri yaşarır. “Muğam mənim yaralı yerimdir”- söyləyir.


Arzuları çoxdur. Ən böyük arzusu isə işğal altında olan Qarabağ torpaqlarının tezliklə azad olunmasıdır.


Deyir ki,- “Mən qarabağlıyam. O torpaqlar mənə çox əzizdir. Babalarımın ruhları orada toxtaqlıq tapıb. Kaş biləydiz, dogma Cəbrayılım üçün nə qədər darıxıram. Ömrümün bir hissəsi orada qalıb. Bircə dəfə Cəbrayılı görə bilsəydim, özümü dünyanın ən xoşbəxti sanardım”…


Bəli, hər kəs varlığına biçilən taleyini yaşayır və öz təyinatını icra edir. Gülhüseyn Kazımov da öz taleyinin yolçusudur. Bu yolda onu heç kim əvəz edə bilməz...



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi 3 İyul 2020, 16:41 Prezident Dövlət Vergi Xidmətinin Əsasnaməsini dəyişdirdi - FƏRMAN 3 İyul 2020, 16:33 İyunda pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım alanların sayı AÇIQLANDI 3 İyul 2020, 16:27 Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ 3 İyul 2020, 16:21 İlham Əliyev Trampa məktub göndərdi 3 İyul 2020, 16:18 AMEA rəhbərliyi vurusa yoluxmuş alimə kömək edəcəyinə SÖZ VERDİ 3 İyul 2020, 16:12 DİN-dən Ordu bölmələrinin xüsusi karantin rejiminə cəlb olunması barədə AÇIQLAMA 3 İyul 2020, 16:06 Macarıstanda təhsil almaq hüququ qazananların siyahısı AÇIQLANDI 3 İyul 2020, 16:00 “Sərtləşdirilmiş karantinin uzadılması, pandemiyanın zəiflədilməsinə hesablanıb” - Deputat 3 İyul 2020, 15:56 Türkiyə aviasiyası İraqın şimalını bombaladı 3 İyul 2020, 15:49 BMU-nun magistratura pilləsinə sənəd qəbulu onlayn aparılacaq 3 İyul 2020, 15:48 Qubaya istirahətə gedənlər cərimələndi - FOTO 3 İyul 2020, 15:45 Fransaya yeni baş nazir təyin olundu 3 İyul 2020, 15:43 “Amrahbank”ın sahibinin oğlu HƏBS EDİLDİ 3 İyul 2020, 15:40 Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat etdi 3 İyul 2020, 15:30 Milli Məclis yenidən növbədənkənar sessiya çağırır - SƏBƏB 3 İyul 2020, 15:27 Bu şəhər və rayonlarda məhkəmələrin fəaliyyəti DAYANDIRILDI 3 İyul 2020, 15:24 Daha 26 nəfər gəmi ilə Qazaxıstana yola salındı 3 İyul 2020, 15:18 Sərt karantin rejimini bərpa edən ÖLKƏLƏR 3 İyul 2020, 15:12 Dövlət Agentliyi qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını aldı 3 İyul 2020, 15:06 Balaxanı yeni turizm məkanına çevrilir - FOTO 3 İyul 2020, 15:00 Koronavirus xəstəsi mağazada belə saxlanıldı - VİDEO 3 İyul 2020, 14:54 “Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırıldı 3 İyul 2020, 14:48 Nikahdankənar doğulan uşaqların sayı artıb 3 İyul 2020, 14:42 Karantin rejiminin tələblərinə tam əməl olunmalıdır - Nazirlik 3 İyul 2020, 14:36 “Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salındı 3 İyul 2020, 14:30 Bazar günü ilin üçüncü Ay tutulması olacaq 3 İyul 2020, 14:25 Sabah planetlərin paradı başlayır 3 İyul 2020, 14:20 Ukraynada Azərbaycan vətəndaşı qətl TÖRƏTDİ 3 İyul 2020, 14:11 YAP Gəncə şəhər təşkilatının əməkdaşları vətəndaşlara tibbi maskalar paylayıblar - VİDEO 3 İyul 2020, 14:07 Jurnalist Aynur Nəsirova koronavirusa YOLUXDU 3 İyul 2020, 14:03 Hüseynov qardaşlarının anasının erməni Yevgeniya Ovanesova olduğu ortaya çıxdı - FOTO - VİDEO 3 İyul 2020, 14:00 Müəllimlər üçün onlayn müsahibələrə start verilir 3 İyul 2020, 13:58 Hollandiyanın azərbaycanlı tibb işçisi: “Koronavirusa yoluxan sağlam insanın ölüm ehtimalı azdır” - MÜSAHİBƏ 3 İyul 2020, 13:52 Baş redaktor“Sərəncam Prezidentin media üçün təklif etdiyi yeni baxış modelidir” 3 İyul 2020, 13:47