Modern.az

Qəza törədən “Mercedes Vito” qeyri-qanuni sərnişin daşıma ilə məşğul olub

Qəza törədən “Mercedes Vito” qeyri-qanuni sərnişin daşıma ilə məşğul olub

Aktual

9 İyul 2019, 10:08

Masallıda yük maşını ilə toqquşan "Mercedes Vito" qeyri-qanuni sərnişin daşıma ilə məşğul olub.

 

Bu barədə Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib. 



N.Allahyarova bildirib ki, "Mercedes Vito"ların hamısı qeyri-qanuni fəaliyyət göstərirlər:

“Çünki “Mercedes Vito”lar sərnişindaşıma üçün nəzərdə tutulmayıb. Sürücülər qeyri-qanuni sərnişin daşımalarını gizlətmək üçün sərnişinlərinin qohumları olduğunu iddia edirlər. Onlarla mübarizə aparmaq çox çətindir. Həm biz, həm Dövlət Yol Polisi bununla bağlı mübarizə aparır. Həyatını dəyişən insanların yaxınlarına səbr diləyirik”.


Qeyd edək ki, Masallıda yük maşının "Mersedes Vito" markalı mikroavtobusla toqquşması nəticəsində 8 nəfər ölüb, 1 nəfər yaralanıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır