Modern.az

Bakıda binalara yeni liftlər quraşdırılır - FOTO

Bakıda binalara yeni liftlər quraşdırılır - FOTO

Aktual

9 İyul 2019, 10:30

Ölkə başçısı cənab İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb.

 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun Modern.az-a verdiyi məlumata görə, müqavilə əsasında bu ilin sonuna kimi 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub:

“Hazırda 63 ədəd lift gətirilib və paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanır. Ilin sonuna kimi bütün liftlərin gətirilməsi və quraşdırılması həyata keçiriləcək. Hazırda gətirilən liftlər in birinci hissəsi Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında quraşdırılmağa başlanılıb”.

Rəsmi məlumata görə, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir:

“İşlər çərçivəsində köhnə liftlər demontaj edilib, liftlərin şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunub, otaqların üstünə ruberoid şəkilib. Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək. Bağlanan müqavilələr və görülən işlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunacaq”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi