Modern.az

Bakı-Tbilisi qatarının ləngimə səbəbi AÇIQLANDI

Bakı-Tbilisi qatarının ləngimə səbəbi AÇIQLANDI

9 İyul 2019, 11:17

"Azərbaycan Dəmir Yolları" QSC(ADY)  iyulun 8-də Bakı-Tbilisi sərnişin qatarının hərəkərində baş vermiş ləngimə səbəbini açıqlayıb.

 

ADY-dan Modern.az-a məlumata görə, 8 iyul 2019-cu ildə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimələr olub:

“Hadisə vaxtı Padar-Sığırlı mənzilində hərəkətdə olan 38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və ordan təyinatı üzrə yola salınıb. Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb”.

Rəsmi məlumata görə, hazırda qatarlar öz qrafiki ilə hərəkət edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir