Arxiv
10 İyul 2019, 13:05 | AKTUAL
Umayra Tağıyeva meteohəssas insanlara XƏBƏRDARLIQ ETDİ

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru  Umayra Tağıyeva son günlərdə müşahidə edilən hava şəraiti ilə bağlı jurnalistlərə açıqlama verib.

Modern.az xəbər verir ki, Umayra Tağıyevanın sözlərinə görə, iyul ayının birinci ongünlüyü qeyri sabit keçib, keçən illərlə müqayisədə yağmurlu günlərin sayı da bir qədər çox olub.


"Əgər keçən il iyul ayında rekord temperatur göstəriciləri qeydə alınırdısa, bu il temperatur iqlim normasına yaxındır. 

İyulun 9-u günün ikinci yarısından 10-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Dağlıq ərazilərə xırda dənəli dolu düşüb".

 

U.Tağıyeva deyib ki, ən çox düşən yağıntının miqdarı Xınalıq, Qrızda 35.0 mm (aylıq normanın 62%-i), Girdimançayda  29.4 mm, İsmayıllıda 21.0 mm (aylıq normanın 28%-i), Qəbələdə 20.0 mm (aylıq normanın 27%-i), Tərtərdə 19.0 mm (aylıq normanın 78%-i), Kişçayda (Şəki) 16.0 mm (aylıq normanın 12%-i), Qusarda 12.0 mm, Bərdədə 10.0 mm (aylıq normanın 41%-i), İvanovkada,  Quba, Şahdağda 9.0 mm, Xaltan, Ağdamda 7.0 mm, Gədəbəydə 6.0 mm, Zərdab, Ordubadda 4.0 mm, Cəfərxan, Mərəzədə 3.0 mm, Ağsu, Sarıbaş (Qax), Göygöldə 2.0 mm, Ağdərədə (Ordubad), Oğuz, Zaqatala, Şəki, Xaçmaz, Yevlax, Göyçay, İmişli, Sabirabad, Qazıməmməd, Biləsuvar, Daşkəsəndə 0.0-1.0 mm olub.


"Bu gün ərzində -10 iyulda ölkənin ayrı-ayrı rayonlarında qısamüddətli  yağış  yağacağı gözlənilir.  Mülayim  və arabir güclənən  qərb küləyi əsəcək. Əksər mərkəzi Aran rayonlarında  havanın minimal temperaturu 20-25 dərəcəyədək, maksimal temperatur isə 32-37 dərəcəyədək təşkil edəcək. Dağlıq rayonlarda gecə 11-16 dərəcə, gündüz isə 19-24 dərəcə isti olacaq.

Avropanın şimalından daxil olan, bu mövsüm üçün nisbətən sərin hava kütlələri və atmosfer cəbhələri havanın qeyri-sabitliyini müəyyən edəcək.

Bakı və Abşeron yarımadasında dəyişkən buludlu,  əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Arabir güclənən  şimal-qərb və şimal küləklərinin axşam saatlarında zəifləyəcəyi gözlənilir. Havanın temperaturu 30-35 dərəcə təşkil edəcək ki, bu da bu ayın iqlim normasına  yaxındır".

U.Tağıyeva meteohəssas insanlara da xəbərdarlıq edib:


"İyulun 11-dən başlayaraq iyulun 12-si günün 1-ci yarısınadək atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununadək enəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda  diskomfort hissi yarada bilər".   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çaylarda suyun səviyyəsi dəyişdi 23 İyul 2019, 09:36 Milli Məclisdəki partiyalar yenidən parlamentə düşməyə HAZIRLAŞIR 23 İyul 2019, 09:10 Müsəlmanlar öləndə niyə kəfənə bükülür? 23 İyul 2019, 08:55 Agentlik havaya görə sürücülərə və sərnişinlərə xəbərdarlıq etdi 23 İyul 2019, 08:50 “Ordumuz yeni bir aprel döyüşünə başlayacaq!” - Müharibə arzulu Ağdam oğlanları 23 İyul 2019, 08:49 Manat və dollar bu gün neçəyə satılır? 23 İyul 2019, 08:47 23 iyul tarixinin nə günahı var? 23 İyul 2019, 00:45 Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38