Modern.az

Bakıdan rayonlara gedən bütün yolları buz ötrüb

Bakıdan rayonlara gedən bütün yolları buz ötrüb

27 Yanvar 2012, 10:18

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev mövcud hava şətaiti ilə bağlı avtomobil yollarında olan son durum barədə açıqlama yayıb.

O, Modern.az saytına bildirib ki, hava şəraiti ilə əlaqədar olaraq Bakı-Quba, Bakı-Şamaxı, Gəndob-Yalama, İsmayıllı-Muğanlı yolları, Ağsu aşırımı demək olar ki, buz bağlayıb.

Həmçinin Bakı-Qazax, Bakı-Astara yolunda da problemlər yaranıb.

DYP sözçüsü hazırda həmin yollara qum səpildiyini də deyib.

K. Əliyev  Bakı-Sumqayıt yolunun bəzi hissələri, Bakı şəhərinin dağətəyi ərazilərində də yollarda buzlaşma olduğunu söyləyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır