Arxiv
11 İyul 2019, 12:19 | AKTUAL
Aydın Qurbanov işgəncədən ölməyib - Baş Prokurorluqdan AÇIQLAMA

Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidməti Gəncə hadisələrinə görə, həbs olunan və orada vəfat edən Aydın Qurbanovla bağlı məlumat yayıb.

 

Qurumların mətbuat xidmətlərindən Modern.az-a daxil olan birgə məlumata görə, ayrı-ayrı dövrlərdə silah işlətməklə quldurluq, yaşayış sahəsinə girməklə oğurluq, xuliqanlıq, fahişəliyə cəlb etmə əməllərinə görə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsi, 207.1-ci maddəsi, 243.1-ci maddələri ilə 3 dəfə məhkum olunmuş 1967-ci il təvəllüdlü Qurbanov Aydın Fərhad oğlunun 3 iyul 2018-ci il tarixdə mütəşəkkil dəstə tərkibində birləşərək Gəncə şəhərində baş vermiş terror aktı, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair dövləti cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən də o, 30 iyul 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin istintaq təcridxanasına yerləşdirilib.

 

İstintaq zamanı A.Qurbanovun bacısı oğlu Hamlet Abdullayevin ifadəsi əsasında A.Qurbanovun yaşadığı evdə məhkəmənin qərarı ilə axtarış aparılmışdır. Axtarış zamanı evin çardağından sonuncunun ayrı-ayrı cinayətlərdə istifadə etdiyi 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahı, 1 ədəd “Makarov” markalı, 1 ədəd “Marqolin” markalı tapançalar, 508 ədəd avtomat və tapança patronları, 9 ədəd sandıqça və sair döyüş sursatı hal şahidlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla aşkar edilərək maddi sübut kimi götürülüb.

A.Qurbanov xəstəliyi ilə əlaqədar 15 mart 2019-cu il tarixdə Penitensiar xidmətin Müalicə müəssisəsinə köçürülmüş və orada intensiv müalicəsi aparılmasına baxmayaraq iyulun 9-da vəfat edib.

A.Qurbanovun həyat yoldaşı və müdafiəçisinin müraciətləri ilə əlaqədar A.Qurbanovun barəsində 31 may 2019-cu il tarixdə məhkəmə-tibb ekspertizası təyin olunmuş və onun saxlanıldığı şəraitdə həkimlərin nəzarəti altında müalicəsinin davam etdirilməsinin mümkünlüyü barədə rəy verilib.

Bəzi kütləvi informasiya vasitələrində A.Qurbanova guya işgəncə verilməsi nəticəsində vəfat etməsi barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir. İstintaq təcridxanasında və müalicə müəssisəsində olduğu dövrdə ona işgəncələr verilməsi ilə əlaqədar özü və ya qohumları tərəfindən hər hansı müraciət daxil olmamış, eləcə də müalicə aldığı dövrlərdə müayinə zamanı və vəfat etdikdən sonra meyitə baxış keçirilərkən bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisdəki partiyalar yenidən parlamentə düşməyə HAZIRLAŞIR 23 İyul 2019, 09:10 Müsəlmanlar öləndə niyə kəfənə bükülür? 23 İyul 2019, 08:55 Agentlik havaya görə sürücülərə və sərnişinlərə xəbərdarlıq etdi 23 İyul 2019, 08:50 “Ordumuz yeni bir aprel döyüşünə başlayacaq!” - Müharibə arzulu Ağdam oğlanları 23 İyul 2019, 08:49 Manat və dollar bu gün neçəyə satılır? 23 İyul 2019, 08:47 23 iyul tarixinin nə günahı var? 23 İyul 2019, 00:45 Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27