Arxiv
12 İyul 2019, 09:28 | AKTUAL
UNEC-də Heydər Əliyevlə bağlı monoqrafiya təqdim olundu

UNEC-də Azərbaycan Dövlət İqtisad Universitetinin professorları tərəfindən hazırlanan və Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinin 50-ci və anadan olmasının 96-cı ildönümünə həsr olunan “Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” adlı monoqrafiyanın təqdimatı keçirilib.

 

UNEC ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə keçirilən tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı,  millət vəkilləri, dövlət rəsmiləri və digər qonaqlar iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov müstəqillik illərində ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyası sahəsində əldə olunan uğurların məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, bu gün də həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyində qarşıya qoyduğu vəzifələrdən söz açan rektor, ulu öndərin tövsiyələrinin UNEC-in inkişaf strategiyasının prioritet istiqamətləri kimi müəyyən olunduğunu qeyd edib. UNEC-in 90 illik yubileyində ulu öndərin verdiyi tapşırıqlara və bu tapşırıqların icrasına həsr olunan yeni kitabın hazırlanacağını deyib. Ə.Muradov monoqrafiyanın əhəmiyyətindən söz açaraq, ümummilli lider Heydər Əliyevin zəngin irsinin hələ uzun illər tədqiq ediləcəyini vurğulayıb. Ulu öndərinin irisinin  öyrənilməsi və gələcək nəsillərə ötürülməsi missiyasının UNEC-in öz üzərinə götürdüyünü bildirib.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafındakı tarixi xidmətlərindən söz açıb. UNEC professorlarının hazırladığı dəyərli monoqrafiyada ulu öndərin iqtisadi inkişaf strategiyasının bütün məqamlarının dərin təhlil olunduğunu bildirib.

AMEA-nın müxbir üzvü, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor  Akif Musayev Heydər Əliyevin müasir Azərbaycanın sosial-iqtisadi inkişafı, maliyyə institutlarının formalaşdırılması, ölkəmizdə tədris-təlim texnologiyalarının tətbiqi, xalq təsərrüfatının müxtəlif sahələrində və funksional bölmələrində iqtisadi islahatların aparılması, əhalinin sosial müdafiəsi, optimal vergi siyasəti, xarici iqtisadi əlaqələrin genişləndirilməsiistiqamətində gördüyü işlərdən danışıb. Monoqrafiyada ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyasını əks etdirən və mühüm faktlara əsaslanan məqalələrin yer aldığını vurğulayıb.

 

UNEC-in kafedra müdiri, professor Məhiş Əhmədov monoqrafiyada Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının mahiyyəti, ümumi və xarakterik cəhətləri, prioritetlərinin sistemli şəkildə təhlil olunduğunu bildirib. Monoqrafiyanın müasir Azərbaycanın davamlı və dinamik sosial-iqtisadi inkişafının mənbələrini, hərəkətverici qüvvələrini daha dərindən və aydın dərk etməyə imkan verdiyini diqqətə çatdırıb.

 

Tədbirdə AMEA-nın müşaviri, akademik Əli Abbasov ulu öndər Heydər Əliyevin elm və təhsilin, bilik və informasiya resurslarının inkişafında, eləcə də insan kapitalının formalaşmasındakı rolundan bəhs edib. UNEC professorlarının hazırladıqları monoqrafiyada iqtisadiyyatın bütün sahələri ilə yanaşı, bilik və informasiya resurslarına əsaslanan yeni iqtisadiyyatın qurulması barədə məqalələrin yer aldığını, həmçinin çox mühüm nəticələr əldə olunduğunu qeyd edib. Akademik monoqrafiyanı ulu öndər Heydər Əliyevin sosial iqtisadi siyasətinə verilən qiymət kimi dəyərləndirib.

 

Tədbirdə çıxış edən millət vəkilləri Vahid Əhmədov, Rüfət Quliyev, UNEC-in professoru Arif Şəkərəliyev ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının əhəmiyyətindən danışıblar. UNEC alimlərinin hazırladığı monoqrafiyanın bu strategiyanın təbliğ olunması istiqamətində dəyərli töhfə olacağını deyiblər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27 Prezident həmkarını təbrik edib 22 İyul 2019, 18:18 Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı - FOTO   22 İyul 2019, 18:09 “Nar” yarışma keçirdi 22 İyul 2019, 18:00 Lənkəranda tank əleyhinə mina aşkarlanıb - FOTO 22 İyul 2019, 17:50 "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır" - Ceyhun Bayramov 22 İyul 2019, 17:42 Ən aktiv mətbuat katibləri – Jurnalistlərin RƏYİ 22 İyul 2019, 17:34