Modern.az

Deputat sakinlərin problemlərini dinlədi

Deputat sakinlərin problemlərini dinlədi

Aktual

12 İyul 2019, 09:49

Deputat Novruz Aslanov iyulun 11-də İsmayıllı rayonuna növbəti səfərini edib.

 

Modern.az xəbər verir ki, rayonun Xankəndi, Bizlan kəndində və Basqal qəsəbəsində seçicilərini qəbul edib, problemləri ilə maraqlanıb. Basqalda keçirilən görüşdə millət vəkili dövlət tərəfindən qəsəbə üçün həyata keçirilən layihələrdən, sənətkarlıq ənənələrinin, tarixi abidələrin qorunması sahəsindəki işlərdən söhbət açıb, Basqalın Tarix-mədəniyyət qoruğu olduğunu bird aha bildirib. 

 

Xankəndi, Bizlanda  qəbula gələn sakinlər əsasən sosial problemlər barədə deputata müraciətlər ediblər. Millət vəkili əlaqədar qurumlara bu problemlər barədə məlumat veriləcəyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir