Modern.az

Azərbaycanın ATƏT PA-dakı nailiyyəti Ermənistanda qarşıdurmaya səbəb olub

Azərbaycanın ATƏT PA-dakı nailiyyəti Ermənistanda qarşıdurmaya səbəb olub

12 İyul 2019, 12:36

“ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Deklorasiyada Azərbaycanın təklifləri nəzərə alınıb. Bizim maraqlarımız orada təmin olundu”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Bahar Muradova bildirib.

Vitse-spiker deyib ki, müzakirə edilən bəyannamənin 22-ci maddəsində yer alan müddəa neçə gün idi ki, müzakirələrə səbəb olub:


“Bu, Ermənistanda çox ciddi qarşıdurmalara, müzakirələrə səbəb olub. Həmin maddədə nəzərdə tutulur ki, ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisində olan münaqişələrə eyni prizmadan yanaşılmalıdır. Bilirsiniz ki, bundan əvvəl 3 ölkənin adı başqa bir maddədə çəkilirdi. Azərbaycandakı mövcud problemə yalnız Dağlıq Qarabağ münaqişəsi adı ilə başqa maddədə münasibət bildirilirdi. İrəli atılan ən vacib və güclü addım məhz bu məsələlərin bir maddədə toplanması və vahid prizmadan dəyərləndirilməsi idi. ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq, Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovada konfliktləri hərtərəfli və dayanıqlı, sülh əldə etmək məqsədilə konkret nəticələrə yönəlik müzakirə və danışıqları akitvləşdirməyi tövsiyə edir”.

 

Parlamentin sədri Oqtay Əsədov da bunu böyük nailiyyət adlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir