Arxiv
12 İyul 2019, 12:43 | AKTUAL
Əlilliyi olan şəxslərin saytlardan istifadəsi asanlaşacaq  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarına dəyişiklik edilməsi barədə” layihə hazırlanıb.

 

Layihə əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən rahat istifadəsi və səmərəli şəkildə faydalanması üçün bərabər şərtlərin, imkanların yaradılması, rəsmi internet informasiya ehtiyatlarının bu kateqoriyadan olan şəxslər üçün müyəssərliyinin təmin olunması məqsədinə xidmət edir. Bu məqsədlə Layihədə bir sıra tələblər yer alır.

 

Tələblərdə bildirilir ki, əlilliyi olan şəxslərin dövlət orqanlarının informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının beynəlxalq standarta uyğun təmin edilməlidir. İnternet informasiya ehtiyatında mətn olmayan kontent üçün mətn alternativləri, audio və video kontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir. Zamanın tənzimlənməsi funksiyası yaradılmalı, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxt verilməlidir.

 

Proseslərin klaviaturadan idarə olunmasının mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması təmin edilməli, internet informasiya ehtiyatında maksimum oxunaqlı və başa düşülən dildən istifadə olunmalıdır. Kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi brauzerləri, yardımçı texnologiyalar ilə maksimal uyğunluğu da təmin edilməlidir.

 

Əlilliyi olan şəxslərin dövlət orqanlarının informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi üçün lazımi imkanların yaradılması onların dövlət orqanları ilə qarşılıqlı əlaqəsinə, sosial inteqrasiyasına mühüm dəstək olacaq. Bu, eyni zamanda, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında əlilliyi olan şəxslərin əsas hüquqlarının, o cümlədən informasiya əldə etmək hüququnun təmin edilməsi ilə bağlı prinsipə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunundakı müvafiq maddəyə uyğunluq təşkil edir.

Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilməsi barədə layihə hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılma mərhələsindədir.

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında artıq bu imkanlar təmin edilib. Saytın əlilliyi olan şəxslər üçün müyəssərliyinin daha da təkmilləşdirilməsi üçün müvafiq texniki işlər həyata keçirilməkdədir.

 

 

 

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İrana qarşı sanksiyaların müddəti daha 1 il artırıldı 13 Noyabr 2019, 00:52 Bakıda yataqxanada uçqun olub - FOTO 13 Noyabr 2019, 00:27 “Facebook” onlayn ödəmə xidmətini işə salır 13 Noyabr 2019, 00:08 Azərbaycan nefti bahalaşıb 12 Noyabr 2019, 23:51 Azərbaycanlı fəal Paşinyanı çətin duruma saldı - VİDEO 12 Noyabr 2019, 23:38 Çayları plastikdən təmizləmək üçün cihaz hazırlandı 12 Noyabr 2019, 23:15 Bakıda 39 yaşlı kişiitkin düşdü 12 Noyabr 2019, 22:56 Məşhur reper həbsxanada öldü 12 Noyabr 2019, 22:42 "BƏƏ Azərbaycana 2 milyard dollar investisiya yatırıb" - Mikayıl Cabbarov 12 Noyabr 2019, 22:23 Trampla Makron Suriya barədə razılaşdı 12 Noyabr 2019, 22:06 Professor gənc sevgilisinə 4 güllə vurdu 12 Noyabr 2019, 21:48 Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı 12 Noyabr 2019, 21:31 Bir həftə əvvəl azadlığa çıxan jurnalist həbs edildi 12 Noyabr 2019, 21:14 Ağstafa sakini bıçaqlandı 12 Noyabr 2019, 21:00 Leyla Əliyeva növbəti həyətin açılışında - FOTO 12 Noyabr 2019, 20:46 Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsi 22,56 faiz artıb 12 Noyabr 2019, 20:31 Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun məhkəməsi başlayır 12 Noyabr 2019, 20:16 Lənkəranda 59 yaşlı ruhi xəstə itkin düşdü 12 Noyabr 2019, 20:10 “Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır” 12 Noyabr 2019, 19:59 “Tədricən bu göstəricilərdən uzaqlaşmalıyıq” – Vüqar Gülməmmədov 12 Noyabr 2019, 19:37 İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edib - YENİLƏNİB 12 Noyabr 2019, 19:21 YAP Qarabağ müharibəsi əlilinə ev tikəcək 12 Noyabr 2019, 19:13 Saxlanılan müsavatçılar sərbəst buraxıldı 12 Noyabr 2019, 18:59 Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdi 12 Noyabr 2019, 18:46 Nazir müavini bu rayonların təhsil işçiləri ilə görüşüb 12 Noyabr 2019, 18:34 “Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi 12 Noyabr 2019, 18:26 “Müraciətlərinin ən peşəkar araşdırmaçısı məhz hüquqşünaslar ola bilər” - Əli Hüseynli 12 Noyabr 2019, 18:14 Qarabağda erməni minaya düşdü 12 Noyabr 2019, 18:08 Müğənni Vüqar Muradovun evindən oğurlanan 3500 manat geri alındı 12 Noyabr 2019, 18:07 “Heydər Əliyev və Azərbaycan tarixi” yarışına rekord sayda komanda qatıldı 12 Noyabr 2019, 17:56 Arif Hacılı sərbəst buraxıldı 12 Noyabr 2019, 17:45 Baş redaktorun ailəsinə ağır itki üz verib 12 Noyabr 2019, 17:34 Deputat: “Hər il əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur” 12 Noyabr 2019, 17:29 İncəsənət Gimnaziyasının şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar - FOTO 12 Noyabr 2019, 17:25 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTO 12 Noyabr 2019, 17:22