Modern.az

Qanunun qüvvəyə minmə tarixi 2022-yə uzadıldı

Qanunun qüvvəyə minmə tarixi 2022-yə uzadıldı

12 İyul 2019, 13:08

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

 

Modern.az xəbər verir ki, qanunun qüvvəyə minmə vaxtının uzadılması təklif edilir.

 “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun 8-ci (Qanunun qüvvəyə minməsi) maddəsində “2020-ci il yanvarın 1-dən” sözləri “2022-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilib. Yəni qanun 2020-ci il yanvarın 1-dən deyil, 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 

Dəyişiklik layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir