Modern.az

Birlik sədri valideyinlərə SƏSLƏNDİ

Birlik sədri valideyinlərə SƏSLƏNDİ

12 İyul 2019, 13:15

Qayğı , sevgi, diqqət  uşaqlara verilən ən böyük hədiyyədir.  Onların nəsihətdən çox,nümunəyə ehtiyacı var. Əvvəlki illərlə müqayisə etsək, müasir dövrün uşaqları arasında  olduqca böyük fərqlər özünü göstərməkdədir. Günümüzün uşaqları daha həssas, aqressiv , dəcəl, hətta təhlükəli hərəkətlər etməkdən  belə çəkinməyən bir  vəziyyətdədirlər.  Təbii ki, bunu  hər uşağa da aid etmək doğru olmaz. Uşaqlar olmasaydı, insanlıq bu qədər dэ sevilməzdi..  Sevgi görməyən uşaq uşaqlığını yaşaya bilmir.  O müdafiəsiz bir böyüyə çevrilir.

 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Modern.az uşaqlar barədə Modern.az-a danışıb.

“Elə uşaqlar var çox hiperaktivdilər, bir yerdə dayanmırlar. Bu xarakterli  uşaqları  diqqətdən kənarda saxlamaq olmaz. Onların  əhatəsini görmək lazımdır ki,nəyə maraq göstərirlər. Əlbəttə ki, diqqətdən kənar qoyduqda problemlər yaranır və valideynlər bunun fəsadlarını yaşamış olur. Hər gün yanma hadisələri, yüksəklikdən yıxılma, özlərinə bir alətlə xəsarət yetirmə kimi hadisələrin biz özümüz  şahidi oluruq. Bu cür bədbəxt hadisələrin  olmaması üçün valideynlərə son dərəcə diqqətli olmağı tapşırırıq”.

 

Birlik sədri uşaqların daim nəzaərt olmasını önə çəkib.

Ehtiyyatsızlıq səbəbindən hadisə baş verən zaman valideyn ömrünün sonuna qədər əziyyət çəkdiyi qədər, o uşağın  həyatı da puç olmuş olur. Buna misal olaraq  Anjelanı göstərə bilərəm. Anjela valideyn ehtiyyatsızlığının qurbanı olub. Üzərinə elekrtik lampasının aşması nəticəsində ağır dərəcəli yanıq xəsarəti aldı. Ana bu hadisədən çox əziyyət çəksə də, ən böyük zərbə uşağa vurulmuş oldu. O, uşağın zahiri görünüşü yansa da,  həyatı da demək olar ki, yanmış oldu. O baxımdan ki, dünyaya sağlam olaraq gəlmişdi , indi isə xüsusi qayğıya ehtiyyacı olan uşağa çevrildi. Əgər söhbət həssas ailələrdən gedirsə, biz bilmirik ki, Anjela kimi uşaqları gələcəkdə hansı çətinliklər gözləyir. Xüsusilə, bildirmək istəyirəm ki, kiçik yaşlı uşaqlara nəzarət  həddindən artıq çox olmalıdır.

 

Jalэ QƏHRƏMANQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər