Modern.az

“Narkoloji xidmət və nəzarət haqqında” qanuna dəyişiklik edildi

“Narkoloji xidmət və nəzarət haqqında” qanuna dəyişiklik edildi

Aktual

12 İyul 2019, 13:31

Narkoloji xəstələrin müalicəsi zamanı hər bir xəstə barəsində psixoloji korreksiya kursu aparılacaq.

 

Modern.az xəbər verir ki, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, narkoloji xəstəliklərin müalicəsi zamanı hər bir xəstə barəsində sosial-psixoloji reabilitasiya kursu aparılmalıdır.

Təklif edilən dəyişikliyə əsasən isə narkoloji xəstəliklərin müalicəsi zamanı hər bir xəstə barəsində sosial-psixoloji reabilitasiya və psixoloji korreksiya kursu aparılmalıdır.

Narkoloji xəstə barəsində fəal müalicə kursundan sonra aparılan korreksiya kursu onun fərdi tələbatına uyğun olmalıdır. Həkim-narkoloq kliniki (tibbi) psixoloqla birlikdə psixoloji korreksiya proqramını tərtib edəcək. Eyni zamanda narkoloji xəstələrin könüllü müalicəsi müddətində psixoloji korreksiya dövründə də onlara digər xəstəliklərin müalicəsi zamanı tətbiq edilən bütün sosial təminatla tətbiq ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir