Arxiv
12 İyul 2019, 15:02 | AKTUAL
“Dünyadakı 265 at növündən 2-si Azərbaycandadır”

"Dünyada 265 at növü var, onun 2-si Azərbaycandadır. Bunlardan biri Qarabağ atı, digəri isə Dilbaz atıdır".

 

Modern.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi media-turda Qarabağ Atcılıq Kompleksinin direktoru Maarif Hüseynov deyib.

 

Kompleksin Ağdamın Eyvazxanlı kəndində atcılıq zavodunun əsasında yaradıldığını bildirən direktor hazırda burada 245 baş Qarabağ cinsindən olan at saxlanıldığını qeyd edib:

 

"Bunlardan 6 başı törədici ayğır, 60 başı damazlıq ana madyan , 61 başı 2019-cu ildə alınan balalardır. Qalanları isə cavan və orta yaşda olan atlardır".


M.Hüseynov ermənilərin Qarabağ atlarını ələ keçirmək üçün hücum etdiklərini xatırladıb:

 

"Hələ o zamanlardan ermənilər çalışırdı ki, Qarabağ atını özününküləşdirsinlər. Silahlı şəkildə bir neçə dəfə Qarabağ atını gəlib aparmaq istəyiblər. Atları Ağdamın Üçoğlan kəndində quşçuluq fermasından gizlətmişik və gəlib tapa bilməyiblər. Qarabağ atını ermənilərə verməmişik".


Kompleks direktoru onu da vurğulayıb ki, burada atlar yüksək səviyyədə saxlanılır.


"Atlarımız sərgidə iştirak etmək, cıdır düzündə çapmaq qabiliyyətinə malikdir. Atlar dünya bazarına çıxacaq səviyyədə saxlanılır".

 

M.Hüseynov bildirib ki, atların qiyməti 2 min manatdan başlayaraq 10 min manata qədər artır.

"İldə 25 baş atın satışı nəzərdə tutulur. İldə 50 baş artım olur. Atlar təbii cütlüklə artırılır".

 

M.Hüseynov Qarabağ atının necə seçildiyini də açıqlayıb. O bildirib ki, Qarabağ atının rəngi qızılı kürən olur, alnında qaşqası var. Qarabağ atı vəfalıdır.

 

"Sovetlər Birliyi zamanında atlar Moskvaya göndərilir, oradan xarici ölkələrə satılırdı. Hazırda Almaniya, İngiltərə, Fransaya at satışı nəzərdə tutulur".

 

Jalə Qəhrəmanqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azəriqaz”ın yeni rəhbəri istixana sahibləri ilə görüşüb - FOTO 15 Noyabr 2019, 19:10 Bu yollarda sürət həddi endirildi 15 Noyabr 2019, 19:00 Fikrət Məmmədov vətəndaşları qəbul edib - FOTO 15 Noyabr 2019, 18:50 Yasamalın yeni icra başçısının sakinlərlə ilk görüşü - FOTOLAR 15 Noyabr 2019, 18:42 Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib - FOTO 15 Noyabr 2019, 18:32 Göygöldə yol qəzası baş verdi - Ölən və yaralananlar var 15 Noyabr 2019, 18:24 Bu gün hamı Universitet deyirdi - FOTO   15 Noyabr 2019, 18:15 İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib 15 Noyabr 2019, 18:07 S-400 raketləri Azərbaycanda yerləşdirilə bilərmi? 15 Noyabr 2019, 18:00 Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO 15 Noyabr 2019, 17:54 Lerikin 3 kəndinə qaz verildi - FOTO 15 Noyabr 2019, 17:45 İstirahət günlərinin HAVA PROQNOZU 15 Noyabr 2019, 17:37 Müsavat mühacir alveri ilə bağlı yeni açıqlama yaydı 15 Noyabr 2019, 17:30 Rəşad Tağıyev vətəndaşları qəbul - FOTO   15 Noyabr 2019, 17:23 Prezident Ağsu və Şamaxıya 6 milyon manat ayırdı - SƏRƏNCAM 15 Noyabr 2019, 17:11 İlham Əliyev Sultan Dadaşova orden verdi 15 Noyabr 2019, 17:08 Manatın üç günlük məzənnəsi AÇIQLANDI 15 Noyabr 2019, 17:06 Nazir bələdiyyə sədrinin xahişini yerinə yetirdi - FOTO 15 Noyabr 2019, 17:02 Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdi 15 Noyabr 2019, 16:54 “ABŞ-la Çin arasında müharibənin nəticələri...” - Məşhur diplomatdan XƏBƏRDARLIQ 15 Noyabr 2019, 16:50 Nümayəndə heyətimiz VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir 15 Noyabr 2019, 16:46 Türkiyə millisində 9 futbolçu heyətdən ÇIXARILDI 15 Noyabr 2019, 16:39 Prezident Feysəl bin Muammarı ilə görüşüb - FOTO 15 Noyabr 2019, 16:32 “AzerGold” QSC İSO beynəlxalq standart sertifikatlarına layiq görülüb 15 Noyabr 2019, 16:26 Xalq artisti həbsdə olan qardaşına baş çəkdi - FOTO 15 Noyabr 2019, 16:17 İlham Əliyev qüdslü ravvini qəbul edib 15 Noyabr 2019, 16:10 BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub 15 Noyabr 2019, 16:02 Bu il xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı AÇIQLANDI   15 Noyabr 2019, 15:56 Bakıda Milli Qəhrəmanın heykəli qoyuldu - FOTO 15 Noyabr 2019, 15:38 İcra başçısı Xəsədərli kəndində səyyar qəbul keçirib 15 Noyabr 2019, 15:36 Ölkəyə qanunsuz dərman keçirmək istədi - Foto 15 Noyabr 2019, 15:22 İlham Əliyev bir qrup din xadimini qəbul edib - FOTO 15 Noyabr 2019, 15:16 Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərlənib 15 Noyabr 2019, 15:15 Prezident Bilal Əliyevə mənzil bağışladı 15 Noyabr 2019, 15:07 Əliyar Ağayev Avro-2020 oyununa təyinat aldı 15 Noyabr 2019, 15:02